Search
motivasiya

Motivasiya yemək kimi ehtiyacdır.

Ralph Marston ‘sıravi’ bir ABŞ vətəndaşıdır. Hüquq oxumuşdur və Texasda yaşayır. Hal-hazırda 58 yaşındadır və  iki qızı universitetdə ​​oxuyur. 29 illik yoldaşıyla xoşbəxt bir həyat yaşayır. Ancaq, onun həyatını 1995-ci ildə açdığı bir web saytı dəyişdirmişdi. The Daily Motivator (Günlük motivasiya edici ) adlı saytında həyat haqqındakı fikirlərini paylaşmağa başlayıb. Sayt o qədər maraq doğurub ki, Marston tam zamanlı olaraq saytda yazmağa başlayıb. Onun işi ‘ motivasiya etməkdir . ‘ Oxucularına həyatlarından zövq almağın, müvəffəqiyyətli olmağı, çətinliklərin öhdəsindən gəlməyin yollarını izah edir. Hər gün 100 minlərlə insan onun saytını oxuyur və motivasiya olur. Ən əhəmiyyətli tövsiyələri ‘günü yaşa, sahib olduqlarının qiymətini bil və özünə qarşı dürüst ol’ . Gündə bir doza Motivasiya kitabı nümayiş olunan Marston motivasiyanın sirlərini izah etdi.

-Gündəlik həyatda motivasiyaya niyə bu qədər çox ehtiyacımız var ?

-Məqsədlərimiz ilə günahlarımızı bir-birinə bağlayan şey motivasiyadır. Bir insanın motivasiyası yoxsa hərəkətləri mənasızdır və məqsədinə də çata bilməz. Motivasiya yeməyə bənzəyir. Nizamlı olaraq ehtiyac duyduğumuz bir şeydir. Bir aylıq ehtiyacınız olan yeməyi bir oturuşda yeyə bilməzsiniz, bədəninizi sağlam tuta bilmək üçün hər gün iki -üç pay yemək lazımdır. Motivasiya üçün də vəziyyət eynidir. Müvəffəqiyyətli insanlar hər gün bir parça motivasiyanın çox böyük faydası olduğunu kəşf edib.

Nə istədiyini bilmək XUDBİNLİK deyil!

– Ən çox qarşılaşdığımız çətinliklər nələrdir?

– Çətinlik dərəcəsi hər insana görə dəyişir. Texnologiya və ictimai quruluş bir çox insan üçün gündəlik həyatın çətinliyini, ən azından fiziki baxımdan yüngülləşdirdi. Amma texnologiya irəlilədikcə, çətinliklərimiz əlbətdəki bitmir. Problemlər daha da kompleksləşir. Bununla birlikdə, hərəkətə etmək üçün bir məqsəd olduğunda  hər çətinliyə dözülür. Tarix bir hədəf, bir fikir, bir xəyal və ya başqa hər hansı bir mənalı məqsəd üçün çalışarkən, böyük çətinliklərə söykənmiş insanların nümunələriylə doludur. Müasir həyatın ən böyük çətinliklərindən biri həqiqətən mənalı və əhəmiyyətli olanlarla əlaqə qurmaqdır. Diqqəti dağıdan, mənasız və səthi o qədər çox problemlər var ki , əsl məsələlərə diqqət getdikcə daha da çətinləşir.

– Özümüzü necə motivasiya edə bilərik?

– Nizamlı olaraq motivasiyaedici şeylər oxumağın mükəmməl bir yol olduğunu düşünürəm. “The Daily Motivator”da yazmaq üçün səbəbim budur. Hətta,  açıq və diqqət çəkəcək  hədəflər serialına fokuslanılmağımın çox əhəmiyyətli olduğunu da düşünürəm. Faydalı  motivasiya adam üçün əhəmiyyətli məna kəsb etməlidir. İnsan başqa birinin hədəfləriylə motivasiya ola bilməz. Həyatda nə istədiyini bilmək və ona çatmaq üçün işləmək eqoizm deyil, çünki yeni bir dəyər yarattığınızda, bundan hər kəs faydalanır. Bu səbəblə ən yaxşı motivasiya nəyin həqiqətən mənalı olduğunu bilmək və bu itələyici məqsədə bağlı qalmaqdır.

– Həyatdan necə daha çox zövq ala bilərik ?

– Xoşbəxtliyin olduğunuz yer və ya etdiyiniz şeydən çox , necə hiss etməyi seçtiyinizlə əlaqəli olduğunu anlamağınız əhəmiyyətlidir. İki insan eyni qumsalda, eyni gün batmasını seyr edə bilər, amma bu insanlardan biri çox bədbəxt olarkən, o biri çox sevincli ola bilər. Ən adi günlərdən belə zövq ala bilər. Həyatdan daha çox zövq almağın yolu  bir vəziyyətin sizdə sevinc oyandırmasını gözləmək əvəzinə, tapdığınız hər hansı bir vəziyyətə sevinc qatmağa başlamaqdır.

Kitabınızda ‘Bugün’ ün əhəmiyyətini vurğulayırsınız.

– Sahib olduğunuz şey bu gün, bura və bu andır. Dünən getdi, dəyişdirmək üçün bir şey edə bilməzsiniz. Sabaha hələ qarşıdadır. ‘Bu gün “üzərində çalışmaq məcburiyyətindəsiniz.

– Problem yaşadıqları zaman uşaqlarınıza nə tövsiyə edirsiniz?

– Dürüst, hörmətli və məsuliyyətli bir yanaşma içində, problemlərin mümkün qədər tez öhdəsindən gəlmələrini tövsiyə edirəm. Mən onlara çox vaxt günahlandırılacaq  birini tapmaq yerinə, irəliləməyə daha çox diqqət yetirmələrinin əhəmiyyətli olduğunu xatırladıram. Kiçik problemləri həddindən çox şişirtmək, olduqlarından böyük görünmələrini təmin etmək asandır. Geri çəkildiklərində və böyük şəkilə baxdıqlarında hər cür problemin öhdəsindən gələ bilirlər.

– Çox oxucunuz var. Bunu nə ilə əlaqələndirirsiniz?

– Ən yaxşı yazılarım gündəlik həyatda qarşılaşdığım çətinliklərdən çıxır. Hər çətin vəziyyətdən bir şey öyrənmək üçün səy göstərirəm və sonra öyrəndiklərimi oxucularla paylaşıram. Deyəsən  buna görə, bir çox oxucu  yazdığım şeylərin onların həyatında olub bitən şeylərlə çox üst-üstə düşdüyünü söyləyir. Müəyyən bir inanc sistemini müdafiə edirə, yalnız hər gün yeni bir şəkildə həyat üzərinə müsbət bir dünyagörüşü bildirirəm.

Müvəffəqiyyətin sirri dürüstlükdür!

” Dürüst olmaq – həqiqi olmaq, məsuliyyəti öz üzərinə götürmək, işə istəkli olmaq, inadkar olmaq və geriyə deyil irəli baxmaqdır. Müvəffəqiyyətin mənası mənə görə səmimiyyətlə öz seçdiyin şəkildə yaşamaqdır. Ona görə müvəffəqiyyət çatılacaq bir nöqtə deyildir, daha çox müsbət bir həyata formasıdır. Hər hansı bir ictimai ətraf mühitə mənsub olan hər bir insan , müvəffəqiyyətə aparacaq bir yol üzərində yaşamağı seçərək müvəffəqiyyətli ola bilər. Baxdığınız istiqamət olduğunuz yerdən çox daha əhəmiyyətlidir. “




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir