Search
imtahan

Sığorta mütəxəssisləri imtahan verəcək

Azərbaycanda rəhbər vəzifədə işləmək istəyən sığorta işçiləri avqustun 7-də test imtahanı verəcəklər. Bu barədə fins.az Maliyyə Nazirliyi yanında Dövlət Sığorta Nəzarəti Xidmətinə (DSNX) istinadən xəbər verir. Məlumata görə, imtahan “Sığorta fəaliyyəti haqqında” Qanunun tələbinə, həmçinin “Sığortaçıların rəhbər işçisi vəzifələrinə namizədlər və müvafiq sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya almaq istəyən fiziki şəxslər üçün attestasiyanın təşkili və keçirilməsi Qaydaları”na uyğun keçiriləcək.

Sənədlərini DSNX-yə tam olaraq təqdim etmiş şəxslər avqustun 6-sı, saat 11-ə qədərtamerlan.aliyev@maliyye.gov.az elektron poçt ünvanı ilə əlaqə saxlayaraq adı, soyadı, atasının adı, vasitəçilik fəaliyyətnin növü və ya təyin olunmalı olduğu vəzifənin və cəmiyyətin adı tam göstərilməklə imtahanda iştirak edəcəklərini təsdiq etməlidir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir