Search
insta & fb 2

“DəmirBank”dan dollar depozitlərinə yüksək faiz gəliri və hədiyyə

DəmirBank dollar əmanətləri üzrə yeni kampaniyaya start verib. Kampaniya çərçivəsində DəmirBank-ın istənilən filialına yaxınlaşaraq dollarla əmanət yerləşdirmiş müştərilərə illik 7%-lə yanaşı, yatırılan əmanət məbləğinin 2%-dək hissəsi hədiyyə olaraq plastik kartda hədiyyə verilir. Əmanət 1 ay və ya 12 aylıq müddətə yerləşdirilməyindən asılı olmayaraq illik 7% gəlir gətirir.

Kampaniya əmanətlərin sığortalanması fondu tərəfindən müəyyən edilmiş faiz dərəcəsi ilə yerləşdirilmiş əmanətlərə də şamil olunur. Belə ki, müştəri yerləşdirdiyi əmanətin sığortalanmasını istəyərsə, Əmanətlərin Sığortalanması Fondu tərəfindən müəyyən edilmiş 3% dərəcəsi ilə yerləşdirildikdə belə plastik kartda əmanət məbləğinin 2%-dək hissəsi hədiyyə olunur. Faiz gəlirlərini müştərinin istəyinə əsasən aylıq, rüblük və ya müddətin sonunda əldə etmək mümkündür. Əmanətlərin artırılması prosesinin sadələşdirilməsi məqsədilə, müştərilər üçün Banka məxsus terminallardan vəsait əlavə etmək imkanı da yaradılmışdır.

Qeyd olunmuş kampaniya 10 may 2016-cı il tarixinədək davam edir.

“DəmirBank” həmçinin manat əmanətlərindən qısa müddətdə yüksək – illik 16%-dək gəlir əldə etməyi də təklif edir.

Ölkənin ilk kommersiya banklarından biri olan “DəmirBank” 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan “Avropa Yenidənqurma və İnkişaf Bankı” və “Hollandiya İnkişaf Maliyyə Şirkəti” (FMO) daxildir.

Məlumat Mərkəzi :  (012) 149

http://www.demirbank.az/

www.facebook.com/demirbank.az




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir