Search
Heydar Ibrahimov Kovser Bank

“Mərkəzi Bankdan möhlət istəyə bilərik” – “KÖVSƏRBANK”IN RƏHBƏRİ

Azərbaycan Mərkəzi Bankı tərəfindən lisenziyası bərpa edilən “Kövsərbank” may ayından fəaliyyətini bərpa etməyi planlaşdırır. Bank öz müştərilərinə əvvəkli qaydada islam bankçılığına uyğun xidmətlər göstərəcək.
Bu barədə fins.az – a açıqlamasında “Kövsərbank”ın İdarə Heyətinin sədri Heydər İbrahimov bildirib.

“Bazara islam bankçılığı məhsulları təqdim edəcəyik”
Onun sözlərinə görə, Azərbaycan qanunvericiliyi və mövcud hüquqi baza “Kövsərbank”a tam olaraq İslam bankı kimi fəaliyyət göstərməyə imkan vermir: “Amma bankımız islam bankçılığı prinsiplərinə uyğun olaraq faizsiz kredit də daxil olmaqla şəriət qaydalarına uyğun bank məhsulları ilə bazara daxil olacaq”.

Yeni səhm buraxmaq niyyətindəyik.
“Kövsərbank” bu ilin ilin sonuna qədər məcmu kapitalı 50 milyon manata çatdırmaqla bağlı Azərbaycan Mərkəzi Bankın tələbini vaxtında yerinə yetirmək niyyətindədir.  Heydər İbrahimov bildirib ki, doğrudur, hazırda bankın kapitalı 12 milyon manat civarındadır,  amma bankın səhmlərinin yerli və xarici investorlara satılması (səhm emissiyası) hesabına kapital tələbi yerinə yetiriləcək: “O vaxt da bizim səhmləri almaq istəyən yerli və xarici banklar var idi, amma fəaliyyətimizin dayandırılması bu işi əngəllədi. Hazırda bu istiqamətlə danışıqlar bərpa olunub”.
H.İbrahimov bildirib ki, hazırda “Kövsərbank”ın səhmlərinin alınmasına İslam İnkişaf Bankı da maraq göstərir və bununla bağlı İİB ilə danışıqlar aparılır.

“AMB-dən möhlət istəyə bilərik”

Heydər İbrahimov bildirib ki, əgər səhm emissiyası yolu ilə kapital tələbinin ilin sonuna qədər yerinə yetirilməsi mümkün olmasa, “Kövsərbank” kapitalını lazım olan həddə çatdırmaq üçün Mərkəzi Bankdan möhlət istəyəcək: “Bizim möhlət istəmək hüququmuz var, çünki 3 il yarım ərzində biz işləməmişik və o biri banklardan geri qalmışıq”.

“İşçilərimizin hamısı yerindədir”
“Kövsərbank” fəaliyyətə Baş ofisi, eləcə də Bakıda və Bərdədəki 2 filialı ilə başlayacaq. Heydər İbrahimov deyir ki, işçi sarıdan problemləri yoxdur: “İşçilərimiz hamısı yerindədir, bank işləmədiyi müddətdə işə gəliblər, maaşlarını alıblar. Texniki problemləri aradan qaldıran kimi fəaliyyətə başlayacağıq, İnşallah”.

fins.az




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir