Search
baki_sigorta_logo_200414

Bu gündən etibarən, “Bakı Sığorta” səhmlərinin bir hissəsini azad satışa çıxarır

Aprelin 22-dən etibarən Bakı Fond Birjasında (BFB) “Bakı Sığorta” şirkətinin səhmlərinin 352,640 min manat dəyərində (464 səhm) reallaşdırılmayan hissəsinin kütləvi yerləşdirilməsi başlayır.
Trend-in BFB-yə istinadən verdiyi məlumata görə, şirkətin səhmlərinin emissiyasının ümumi həcmi 1,85 milyon manat (hər birinin nominal dəyəri 760 manat olan 2 434 ədəd) təşkil edir. Bu həcmdən 1 497 200 manat (1970 səhm) artıq yerləşdirilib. Emitentin üstünlük hüququ müddətinin başa çatması ilə əlaqədar qalan 464 səhmin fond birjası vasitəsilə kütləvi təklif əsasında satışına başlanılır.
Yerləşdirmə aprelin 24-dək davam edəcək. “Bakı Sığorta”nın səhmlərini əldə etmək istəyənlər BFB-nin üzvü olan şirkətlərə müraciət edə bilərlər.
Şirkət səhmlərin yerləşdirilməsinə aprelin 10-dan başlayıb.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir