Search
2016-01-21-17-46-5614339998271698348401_554x360

Əmanətlərdə dollarlaşma əmsalı azalıb

2016-cı ilin aprel ayında əmanətlərin xarici valyutada olan həcmi 81,6% təşkil edib ki,  bu da ikinci devalvasiyanın baş verdiyi dekabr ayındakı göstəriciyə nisbətən (85%) azdır. Əmanətlərdəki dollarlaşmanın tərəddüdünü aşağıdakı qrafikdə daha aydın görmək mümkündür.

Dollarlaşma əmsalı

Əmanətlərdə manatın xüsusi çəkisinin artmasına səbəb isə manat əmanətlərinin mütləq mənadə artması deyil, daha çox xarici valyutada olan əmanətlərin azalmasıdır. Bunu əmanətlərin və onun tərkibində manatın və xarici valyutanın həcminin əks olunduğu aşağıdakı qrafikdə daha aydın görmək mümkündür.

Əmanətlərin dollarlaşma əmsalı

Qeyd: Qırmızı konturla işarələnən sütunlar devalvasiyaların baş verdiyi ayları əks etdirir.

Qrafik onu göstərir ki, hər iki devalvasiyadan sonra əmanətlərin ümumi həcmində azalma baş vermişdir. Bunu maliyyə sektorunda olan narahatlıqlardan irəli gələrək insanların pulu əldə saxlamaq istəkləri ilə bağlıdır.

Amma iki devalvasiyanın  fərqləndirici cəhəti əmanətlərin  dollarlaşma səviyyəsindəki dinamikadır.  Belə ki, 1-ci devalvasiyadan sonra əmanətlərin dollarlaşma əmsalı artsa da, ikinci devalvasiyadan sonra bu göstərici azalmaqdadır.

bbn.az




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir