Search
8252_SRC

Manatın məzənnəsi kəskin dəyişəcəkmi?

Bildiyimiz kimi, uzunmüddətli xarakter daşıyan xarici iqtisadi şokların güclənməsini nəzərə alaraq, tədiyə balansının tarazlaşdırılması, ölkənin valyuta ehtiyatlarının kritik səviyyədə qorunması, milli iqtisadiyyatın beynəlxalq rəqabət qabiliyyətinin təmin olunması məqsədilə Mərkəzi Bankın İdarə Heyəti 21 dekabr 2015-ci il tarixində üzən məzənnə rejiminə keçilməsi barədə qərar qəbul etmişdi.

Mərkəzi Bankın sədri Elman Rüstəmov jurnalistlərə verdiyi açıqlamada  “Üzən məzənnəyə keçid qərarı tam özünü doğruldub. Hazırda Mərkəzi bankın əsas vəzifəsi manatın kəskin bahalaşmasının qarşısını almaqdır ” deyib.

Elman Rüstəmov qeyd edib ki, Azərbaycan Mərkəzi Bankı (AMB) daxili bazarda valyuta intervensiyasını mövcud qrafik əsasında həyata keçirir.

E.Rüstəmov ölkədəki kommersiya banklarının cari tələbata uyğun həcmdə valyuta aldığını da açıqlayıb: “Banklarda aparılan sorğular onu göstərir ki, banklar demək olar ki, tələbatlarına uyğun valyuta əldə edir. Gördüyünüz kimi, burada başqa proses getmir. Bu gün də hərrac var və biz lazım olan qədər valyutanı hərraca çıxaracağıq. Onu da qeyd edim ki, AMB valyuta təchizatçısı deyil, requlyatordur. İşimiz manatın kəskin ucuzlaşmasının qarşısını almaqdır”.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir