Search
Xalq Bank lotoreya

“Xalq Bank kartı ilə ödə, istirahət qazan!” lotoreyası başladı

Xalq Bankı plastik kart sahibi olan müştərilərinin iştirakı ilə növbəti stimullaşdırıcı lotereyanın başlanmasını elan edir.

“Xalq Bank kartı ilə ödə, istirahət qazan!” tirajlı lotereya çərçivəsində 2016-cı il boyunca hər ay Şamaxıda yerləşən dəbdəbəli “Sakit Göl” tətil və istirahət məkanında 2 nəfərlik 3 istirahət kuponu (iki gün, bir gecə; səhər və şam yeməyi daxildir) oynanılacaq. İlin sonunadək lotereya vasitəsi ilə cəmi 30 kupon öz sahibini tapacaq. Kupon qalibə verildiyi andan 2 ay müddətində etibarlıdır.

Mart ayının 2-dən başlayaraq 20 manat (və ya xarici valyutada ekvivalenti) və daha çox məbləğdə nağdsız ödəniş edən Xalq Bank kartlarının sahibləri lotereyanın iştirakçısına çevrilirlər. Hər 20 manatlıq ödəniş bir elektron biletə bərabərdir. Əməliyyatın məbləği yüksək olduqda elektron biletlərin sayı, müvafiq olaraq da kart sahibinin qalib olmaq şansları artır. Əməliyyatlar bir iş günü ərzində elektron biletlərə dəyişdirilir və kart sahibi biletlərin sayı və digər məlumatlarla bankın www.xalqbank.az səhifəsində tanış ola bilər. Sistemə daxil olmaq üçün kart sahibinin şəxsiyyətini təsdiq edən sənədin məlumatları qeyd olunur.

“Xalq Bank kartı ilə ödə, istirahət qazan!” lotereyası cari ilin mart ayının 2-dən başlayaraq 31 dekabr tarixədək davam edəcək. İlk 3 kuponun oynanılacağı birinci tiraj aprel ayının 5-də baş tutacaq. Bu tirajda mart ayının 2-dən 31-dək qazanılan elektron biletlər iştirak edəcək. Hər iştirakçı oynanılan mükafat növündən yalnız bir ədəd qazana bilər. Lotereyada Azərbaycan Respublikasının vətəndaşları ilə yanaşı xarici vətəndaşlar da iştirak edə bilər.

Plastik kartları Bankın istənilən filialında əldə etmək olar. Visa Electron/MC Debit, Visa Classic/MC Standard və Visa Gold/MC Gold kartları pulsuz təqdim olunur.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir