Search
elman-rustemov

Elman Rüstəmov bankların konsolidasiyasına dair açıqlama verdi

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov lisenziyaları ləğv olunan “AtraBank” və “Qafqaz İnkişaf Bankı”nın AMB-nin qərarından məhkəməyə şikayət etmələrinə münasibət bildirib.

Bu barədə Mərkəzi Bankın sədri Elman Rüstəmov bildirib.

“Məhkəmə prosesi gedir. Mərkəzi Bank da öz hüquqlarını və qəbul etdiyi qərarı müdafiə edəcək”, – deyə AMB sədri qeyd edib.

E.Rüstəmov bankların konsolidasiyası mövzusuna toxunaraq vurğulayıb ki, bu proses hələ başa çatmayıb: “Yeni səhmdarlar yığıncaq keçirəndə o başa çatacaq. Hələ ki, 3 bank konsolidasiya prosesindədir, onlar artıq niyyət protokolu imzalayıblar. Lakin gələcək proses vaxt tələb edir. Əvvəlcə onlar aktivlərin qarşılıqlı qiymətləndirmələrini aparmalıdırlar və s.” o deyib.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir