Search
publika.az1397031730unnamed

Maliyyə sektoru üzrə vakansiya

Azərbaycanda ən iri mobil operatoru olan “Azercell Telekom” MMC 1996-cı ildə təsis edilmişdir. Azercell Azərbaycanın telekommunikasiya bazarının təmayülünü müəyyən edən şirkət kimi tanınır.

Azercell Telekom MMC Cənubi Qafqazda yeganə şirkətdir ki, 2006-cı ildə “İnsanlara Sərmayə” (Investors in People) sertifikatına layiq görülüb. Həmin sertifikat biznes məqsədlərinin nail olunması üçün insanların təlimi və inkişafı təcrübəsinin yüksək səviyyəsini nümayiş edən standartı təsdiq edir.

Hal-hazırda, Azercell-in şəbəkəsi ən geniş əhatə dairəsinə malikdir və şirkət xidmət keyfiyyətini təkmilləşdirməyə davam edir.

Əsas Öhdəliklər

Mühasibatlıq işlərinin görülməsi, balanslarının yoxlanılması, hesabların araşdırılması

Departamentlərindən daxil olan sənədlərin SAP proqramında yazılışların verilməsi və ödənişə təqdim olunması

Daxil olan sənədlərin müqavilə şərtlərinə uyğunluğunun yoxlanılması

Xarici hüquqi şəxslərin Azərbaycan mənbəyindən gəlirlərindən tutulan vergilər üzrə mühasibat yazılışların verilməsi

Gələcək dövrün xərclərinə aid məbləğlərin dəqiq uçotu və dövrə uyğun xərc maddələrinə silinməsi

Əmək funksiyaların icrasını təmin etmək məqsədilə birbaşa və və şöbə rəhbəri tərəfindən verilən şifahi, yazılı göstərişkərin və mövcud şirkətdaxili qaydaların icrası

İşlərin prosedur və təlimatlara uyğun görülməsi

Tələb Olunan Bilik, Bacarıq və İş Təcrübəsi

Ali təhsil (Maliyyə, Iqtisadiyyat)

Mühasibatlıq sahəsində yüksək səviyyəli biliyi

Azərbaycan, İngilis, Rus dilləri – yüksək

Mühasibatlıq sahəsində ən azı 5 il iş təcrübəsi

Muhasibatlıq/Finance proqramlarının istifadəsində təcrübə və bilik

MS Office proqram bilikləri (Excel, Word, Access)

Tələb olunan yetkinliklər

Yüksək ünsiyyət bacarığı (şifahi, yazılı)

Qərar vermə və problem yerində həll etmə

Texniki/Peşəkar Biliklər

Vakansiya üzrə seçim mərhələləri

Tərcümeyi halların dəyərləndirilməsi

Yazılı tapşırıq

Maliyyə və İnsan Qaynaqları departamentlərinin nümayəndələri ilə müsahibələr

İş qrafiki: Bazar ertəsi – Cümə günü, saat 09:00 – 18:00. Şənbə və Bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir.

İş yeri: Azercellin baş ofisi (Azercell Plaza)

Qeyd: Siz Azercell şirkətinin işçisisinizsə xahiş edirik vakansiya üzrə müraciətinizlə bağlı məlumatı birbaşa rəhbərinizə təqdim edəsiniz.

Əlavə məlumat üçün Azercell-in işə qəbul üzrə mütəxəssisləri ilə recruitment@azercell.com ünvanı vasitəsilə əlaqə saxlaya bilərsiniz.

Nəzərə alın ki, recruitment@azercell.com ünvanına birbaşa göndərilən CV və müraciət formaları heç bir vakansiya üzrə dəyərləndirilməyəcək! Bu vakansiya üzrə müraciət etmək üçün aşağıdakı “Ərizəni göndər” linkindən istifadə edin.

Ərizələrin qəbulu üçün son tarix: 03.23.2016

Ərizəni göndərin >>>

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir