Search
muganbank_0

“Muğanbank” bölgələrdə filial şəbəkəsini genişləndirir

“Muğanbank”ın Sabirabad və Cəlilabad şəhərlərində yeni filialları fəaliyyətə başladı.

Bank regionlarda xidmət şəbəkəsini daha da genişləndirərək müştərilərinə bir az da yaxın oldu.

Yeni filialların açılması ilə “Muğanbank” regionlarda yaşayan əhalinin müxtəlif bank xidmətlərindən yararlanmasına şərait yaradır. Filiallarda fiziki və hüquqi şəxslərə xidmət göstərərək, onlara hesab açılması, depozitlərin qəbulu, kreditlərin rəsmiləşdirilməsi, bank kartlarının sifarişi, hasablaşma-kassa əməliyyatları, təcili pul köçürmələri və s. bank xidmətləri təklif edilir.

Yeni açılmış Sabirabad və Cəlilabad filialları müvafiq olaraq aşağıdakı ünvanlarda müştərilərini gözləyirlər:

Sabirabad filialı:

Ünvan: Sabirabad şəhəri, Heydər Əliyev prospekti
Tel: (021 23) 5 92 21, (021 23) 5 90 56

Cəlilabad filialı:

Ünvan: Cəlilabad şəhəri, H.Əliyev prospekti 176
Tel: (025 24) 5 05 33, (025 24) 5 05 43

Azərbaycan maliyyə-bank sektorunun tanınmış qurumlarından biri olan “Muğanbank” ASC 1992-ci ildə fəaliyyətə başlamışdır. Hal-hazırda Bankın ölkə ərazisində 40 filialı və 7 şöbəsi, həmçinin Moskva şəhərindəki nümayəndəliyi müştərilərə hər növ bank məhsulları üzrə keyfiyyətli xidmət göstərir. “Muğanbank” ASC ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Beynəlxalq Maliyyə Korporasiyası (IFC), ABŞ-ın WorldBusiness Capital (WBC) investisiya fondu, Xarici Özəl İnvestisiyalar Korporasiyası (OPIC), Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD) kimi beynəlxalq iqtisadi qurumlarla əməkdaşlıq edir.

“Muğanbank”ın xidmət və məhsulları haqqında ətraflı məlumat almaq üçün 933 Məlumat Mərkəzinə zəng edə və ya www.muganbank.az saytına, həmçinin https://www.facebook.com/pages/Muganbank/106864156005722?ref=hl facebook səhifəsinə keçid ala bilərsiniz.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir