Search
parabank_logo_171114

Marketinq şöbəsinin müdiri – VAKANSİYA

Parabank ASC Marketinq şöbəsinin müdiri vakansiyası üzrə işçi qəbulu elan edir

Namizədə olan tələblər:

∙ Bank işi və ya iqtisadiyyat sahəsində ali təhsilin olması;

∙ Marketinq sahəsində minimum üç illik təcrübəyə malik olması;

∙ Marketinq və bazar araşdırmalarını dərindən bilməli

∙ Şöbənin işlərini planlaşdırma bacarığına malik olması;

∙ Müvafiq proqram təminatları, iş və riyazi təfəkkür qabiliyyəti;

∙ Rus,İngilis dillərində sərbəst danışıq bacarığı;

∙ Komputer proqramlarını dərindən bilməsi

İş barədə məlumat:

∙ Marketinq strategiyasını işləyib hazırlamaq və müvafiq təsdiqdən sonra onun yerinə yetirilməsini təmin etmək;

∙ Qəbul olunmuş marketinq siyasətinə uyğun olaraq daimi bazar araşdırmaları aparmaq, mövcud məhsul və xidmətlərin yeni bazarlarını, onların bazar qiymətlərini və müştəri qruplarını müəyyənləşdirmək;

∙ Məhsulu və xidmət yaratmaq və onun satış kanallarının müəyyən edilməsini təşkil etmək.

∙ Rəqiblərin araşdırılması və onlar üzrə məlumat bazası yaradılmasını təşkil etmək və onu daima təkmilləşdirmək;

∙ Satışın təşkilinə köməklik etmək;

∙ Satışla bağlı ortaya çıxan məsələlər köməklik göstərmək;

∙ Məhsul və xidmətlərin satışında müştəri xidməti strukturarına və Kreditlərin idarəedilməsi və Nəzarət departamentinə yaxından köməklik göstərmək;

∙ Bankın imicinin formalaşmasını təmin edən tədbirlər görmək;

∙ Bankın broşuralarının və illik hesabatının hazırlanması;

∙ Bankın internet səhifəsində məlumatların yeniləşməsinə nəzarət;

∙ Bankda keyfiyyətə nəzarət işini təşkil etmək;

∙ Azərbaycandan kənar yeni tərəf-müqabil bankların və maliyyə institutlarının müəyyən olunması üzrə işləri görmək;

∙ Yeni satış texnologiyalarının tətbiqi, bu sahədə satış işçilərinin hazırlanması ;

∙ Call center-in xidmət fəaliyyətinin yaxşılaşdırılmasına nəzarət etmək;

∙ Satişa dəstək ola biləcək digər bütün işlər;

CV-ləri “Marketinq – müdir” mövzusu ilə vakansiya@parabank.az elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir