Search
MN

Maliyyə Nazirliyi istiqrazlarının bir hissəsini satıb

Bu gün Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin manat nominallı, 91 gün tədavül müddətli, 15  mln. manat həcmində qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

İstiqrazlar üzrə gəlirliliyin bazarda tələb və təklif əsasında formalaşması məqsədi ilə, ilk dəfə olaraq təqdim edilən sifarişlər üzrə emitent tərəfindən qiymət (gəlirlilik) həddi təyin edilməyib.

Eyni zamanda, dövlət istiqrazlarının yerləşdirilməsi üzrə, bir çox dünya ölkələrinin təcrübəsində istifadə olunan, t+1 hesablaşma rejimi (hesablaşmaların ticarətdən sonrakı tarixində həyata keçirilməsi) tətbiq edilib.

Hesablaşmaların bu metodla həyata keçirilməsi zamanı investorlar tərəfindən hərracda iştirak üçün vəsaitlərin öncədən hesablaşma hesabına köçürülməsi tələb edilmir.

Hərrac zamanı 6 investor tərəfindən 11 sifariş təqdim olunub. Sifarişlərin nominal üzrə ümumi məbləği 39 745 500 AZN təşkil edib. Sifarişlər 95,77 manat (gəlirlik 17,7644%) və 97,60 manat (gəlirlik 9,8901%) qiymət intervalında təqdim edilib.

İstiqrazların rəqabətli sifarişlər üzrə kəsmə qiyməti 95,9340 manat (gəlirlik 17,0464 %), orta ölçülmüş qiyməti 96,0337 (gəlirlik 16.6112 %) səviyyəsində Maliyyə Nazirliyi tərəfindən müəyyən edilib.

İstiqrazların nominal üzrə reallaşdırılmış həcmi  15 mln. manat təşkil edib.

Qeyd edək ki, istiqrazların ödəmə tarixi 31 may 2016-cı ildir.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir