Search
qoroskop

Bu həftə üçün, MALİYYƏ HOROSKOPU!

Bu həftə (29.02.2016-06.03.2016)
Qoç Bürcü

(21.03 – 19.04)
Həftənin əvvəlində illüziyalar zəifləməyə, reallıq hissi isə artmağa başlayacaq. Diqqət etmək lazımdır ki, pessimizm özünü reallıq kimi təqdim etib, Sizi ruhdan salmasın. Faydalı iş əmsalınız aşağı düşəcək. Hesablamalar əsasında ciddi mübarizə aparın.
Buğa Bürcü

(20.04 – 20.05)
Dostlarınızın resurslarından istifadə etmək üçün onlarla ümumi razılığa gəlməyiniz lazımdır. Maliyyə məsələləri ilə bağlı fikir ayrılıqlarının hüquqi müstəviyə keçmə ehtimalı var. Rəsmi əlaqələrdən istifadə etmək bacarığınız, büdcənizdə yaranmış maliyyə sıxıntısını aradan qaldırmağa kömək edəcək.
Əkizlər Bürcü

(21.05 – 21.06)
Cari məsələlərin həllini rəsmi dairələrdə axtarın. İşlərinizdə, dostlarınızın və tərəfdaşlarlarınızın davranışlarında gözlənilməz sıçrayışlar baş verə bilər. Səhhətinizdə və tərəfdaşlarınızla münasibətdə stabilliyi qorumağa çalışın.
Xərçəng Bürcü

(22.06 – 22.07)
Əməkdaşlıq edəcəyiniz insanların bostanına daş atmayın. Sonradan münasibətləri bərpa etmək üçün tale Sizə o daşları özünüzə toplatdıra bilər. İş birliyi quracağınız insanlarla açıq olaraq, mübahisə etməyin və onların arxasından gizli işlər görməyin.
Şir Bürcü

(23.07 – 22.08)
Əgər dostlarınızla olan münasibətlər özünü doğrultsa, Sizi çox böyük uğurlar gözləyir. Ona görə də, dostlarınızın, tərəfdaşlarınızın davranışlarına fikir verin. Tərəfdaşlarınıza lazım olandan artıq məlumat verməyin və özünüz olaraq qalın. Yaxın 2 ay ərzində bir qədər vəsait xərcləməklə möhkəm bünövrənin təməlini qoyacaq uğurlu müqavilənin imzalanması ehtimalı var.
Qız Bürcü

(23.08 – 22.09)
Tərəfdaşlarınızı real layihələrə səsləməyə çalışsanız da, onlar Sizi qeyri-müəyyən işlərə dəvət etməyə çalışacaqlar. İşin gedişatında bir çox illüziyaların və ləngimələrin üstü açılacaq. Layihəni xilas etmək üçün axına qarşı üzməyə məcbur olacaqsınız.
Tərəzi Bürcü

(23.09 – 23.10)
Kollektiv və kollektivdə qarşılıqlı münasibətlər həftənin əsas mövzusu olacaq. Əgər dostlarınızı və könüllü olaraq, iştirak etmək istəyən bir qrup insanları inandıra bilsəniz onlar bu oyunda müsbət rol oynaya bilərlər. Tərəfdaşlarınız tərəfindən maliyyə vəziyyətinizə təsir edəcək, gözlənilməz addımlar atıla bilər.
Əqrəb Bürcü

(24.10 – 22.11)
Tərəfdaşlarınızla münasibətlərdə yaranmış iti bucaqları hamarlamaq üçün Sizə mühəndis dəqiqliyi, səbr, sənədləşmə işində diqqətli olmaq lazımdır. Danışıqlar aparmaq lazım gələcək və ya artıq əldə olunmuş razılaşmalarda bəzi bəndlərini dəyişməli olacaqsınız.
Oxatan Bürcü

(23.11 – 21.12)
Tərəfdaşlarınız Sizi ani qərar verməyə tələsdirib, sonradan Sizi dəstəkləməyə bilərlər. Onlar Sizdən vəsait tələb edəcək. Halbuki, həmin vəsaiti müəyyən müddətdən sonra daha əlverişli işə qoya bilərsiniz. Gizli oyun aparmayın, rəsmi sənədlərlə və məlumatlarla ehtiyatlı olun.
Oğlaq Bürcü

(22.12 – 19.01)
İş çox, nəticəsi isə azdır. Bu həftə dostlar, qohumlar və iş yoldaşlarınızın siyahısında müəyyən təmizliklər (sivil yolla) etməlisiniz. Yaradıcılığınız Sizə rahatlıq gətirsə də, ümumilikdə, həftə ağır keçəcək. Dözümlü və mərd olmalısınız.
Dolça Bürcü

(20.01 – 18.02)
Harada işləməyinizdən və hansı vəzifəni icra etməyinizdən asılı olmayaraq, vaxtınıza hörmət edərək, tələsməməlisiniz. Müvəqqəti çətinliklər və rəqiblərinizin paxıllıqları Sizi özünüzdən çıxartmamalıdır. İşinizə fokuslanın və unutmayın ki, havadarlarınız Sizdən doğru addımlar atmağı gözləyirlər.
Balıq Bürcü

(19.02 – 20.03)
Həftə, əsası noyabr ayında qoyulmuş köhnə layihələrin bünövrəsini araşdırmaq və yeni bünövrə qoymaq üçün, vəsait ayrılmasını tələb etdiyinə görə, tikinti işinə oxşayacaq. Bütün xərclər Siz tərəfdən qarşılanacağı üçün mənəvi cəhətdən bu biraz əzab verəcək. Bu məsələyə fəlsəfi nöqteyi nəzərdən yanaşsaq, rahatlıq üçün vəsait xərcləmək lazımdır.

investaz.az




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir