Search
?????????????????????????????????????????????????????????

Məşhur fast-food restoranları interyerləri ilə bizi necə yönləndirir?

Dünyada açılan ilk fast food restoranı hər kəsin düşündüyünün əksinə olaraq McDonald’s deyil. 1921-ci ildə Kansas’da açılmış olan “White Castle” dünyanın ilk fast food restoranı hesab edilir. Bu kiçik restoranda sürətli hazırlanan yeni və ləzzətli yeməklərə maraq və tələb olduqca böyük idi.

fast-food-restoranlari-kafeler-algilar-2

MacDonald qardaşları isə 1940-cı ildə sektora daxil olurlar. İlk olaraq ofisiant qızların maşınlara servis etməsiylə başlayan şirkət bu günkü vəziyyətinə belə gəlir: bütün ofisiantlar işdən çıxarılır, self-service tətbiq edilir və qab-qacaqlar plastik, bir istifadəlik formada təqdim edilir. Maşınla xidmətdən istifadə edən müştərilərin sayı çoxaldıqca, ucuz məhsulun satışını artırmaq üçün insanların daha sürətli hərəkət etməsi və restorandakı müştərilərin sürətli olaraq dəyişməsi gərəkdiyi diqqət çəkir. Bunun üçün psixoloji tədqiqatlar interyer və insanın qavrayışı üzərində aparılan araşdırmalarla nəticələnir.

fast-food-restoranlari-kafeler-algilar-4

İnsan beyninə dərindən təsir edən rənglər interyerin ən əhəmiyyətli ünsürüdür. Bir çox insanın da bildiyi kimi, qırmızı rəng qan dövranını sürətləndirir, sizdə yaratdığı tələskənlik hissiylə həmin məkanı dərhal tərk etmək istəyi yaradır. Məhz bu səbəbdən də McDonald’s, Burger King, KFC kimi fast food restoranlarının əsas rəng qırmızıdır.

fast-food-restoranlari-kafeler-algilar-3

Bəhs edilən restoranların dizayn baxımından ən önəmli oturaq hissələrindən biri “Community Table” deyilən, daha çox tələbələr, gənclər, qrup halında gələnlər üçün mərkəz hisslələrə yerləşdirilən ortaq istifadəyə açıq, geniş masalardır.

fast-food-restoranlari-kafeler-algilar-8

Kassalara tərəf gedən yol üstündə yerləşdirilmiş stollar isə çox tələsən insanlar üçün nəzərdə tutulmuşdur. Daha nizamlı düzülür və adətən sadə stol-stullardan ibarət olurlar.

fast-food-restoranlari-kafeler-algilar-7

Divar kənarlarında olan oturacaqlar, insanların sürətlə yeməklərini yeyib, restorandan getmələrinə nail olmaq üçün sərt materialdan hazırlanırlar. Lakin buna baxmayaraq, bu hissələr insanların ən çox sevdiyi yerlərdir. Çünki bu hissənin sərhədləri bəllidir və orada oturanlar özlərini daha rahat hiss edirlər.

fast-food-restoranlari-kafeler-algilar-9

Restorana tək gedən və heç kimlə göz təmasına girmək istəməyənlər də nəzərə alınmışdır. Pəncərə önündə bayıra baxan və ya içəridə divara baxan sahələrdə yüksək stul-stollu “Stand-up” adlandırılan yerlərdir. Divarlarda istifadə edilən rəsmlər firmanın ağlımıza yer edəcək formada öz reklam-marketing və qrafik şöbəsi tərəfindən böyük diqqətlə hazırlanmış işlərdir.

fast-food-restoranlari-kafeler-algilar-10

Bəhs etdiyimiz bütün bu şeylər, uzun müddət davam edən araşdırmalar nəticəsində son 5-6 ildə bir yerə toplanmışdır. Çünki səhnəyə Starbucks kimi markalar daxil oldu. İnkişaf edən texnologiya, qloballaşma və sürətli irəliləyən zamanda qısa bir qəhvə fasiləsi bütün vərdişlərimizi dağıdıb, əvəzinə yepyeni bir dünya inşa etmişdir. İlk olaraq yaşıl rənglə yola çıxılmış və insanlara rahat, təbii və etibar hissi verən bir imic sərgilənmişdir. Bu tip yeni məkanlarda insanların rahatlığı nəzərə alınmış, “istədiyiniz qədər oturun” qavrayışı yaradılaraq, etibar qazanılmışdır. Bu da bizi fast-food restoranlarının xidmətini və manipulyasını bir daha sorğulamağa vadar etmişdir.

fast-food-restoranlari-kafeler-algilar-1

Mənbə: Pahoo.az




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir