Search
poct

“Azərpoçt”un bank-maliyyə xidmətlərindən gəlirinin 50% artacağı proqnozlaşdırılır

Azərbaycanın milli poçt operatoru “Azərpoçt”un bu il bank-maliyyə xidmətlərindən əldə olunan gəlirinin 50% artacağı proqnozlaşdırılır.

Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət müəssisələrinin fəaliyyətinin əlaqələndirilməsi şöbəsinin müdir müavini, poçt sektorunun müdiri Novruz Məmmədovun  verdiyi məlumata əsasən, ötən il “Azərpoçt”un məhz bank-maliyyə xidmətlərinin göstərilməsindən əldə edilən gəliri 2 dəfə artaraq 1 milyon manatdan çox olub, halbuki 2010-cu ildə bu göstərici cəmi 170 min manat təşkil edib.

“Bu ilin sonuna qədər biz bank-maliyyə xidmətlərindən əldə olunan gəlirin 1,5 milyon manatadək artacağını gözləyirik. Ümumilikdə növbəti illərdə illik gəlir artımının 20-30% təşkil edəcəyini ehtimal edirik”,- deyə o bildirib.

Qeyd edək ki, maliyyə xidmətlərinin göstərilməsi məqsədilə “Azərpoçt” MMC  Mərkəzi Bankın  AZİPS və XÖHKS sistemlərinə, eləcə də SWIFT sisteminə qoşulmuşdur. Bundan başqa, ABŞ-ın Citibank, Avstriyanın Raifeizenbank və Rusiyanın Sberbank-ında Azərpoçt MMC-yə xariçi valyutalarda müxbir hesabları acılmışdır ki, beynəlxalq bank əməliyyatları həmin hesablar vasitəsilə həyata kecirilir. Azərpoçt MMC-nin bir sıra şöbələri “Western Union”, “Contact”, “Caspian Money Transfer”, “İBA-EXPRESS”  beynəlxalq pul köçürmələri sisteminə qoşulmuş və əhalinin istifadəsinə verilmişdir. Azərpoçt MMC plastik kartların emissiyası və plastik kartlar bazarına inteqrasiyası məqsədlə 15.06.2010-cu ildə “MilliKart” MMC prosesinq mərkəzi ilə qarşılıqlı əməkdaşlığa dair müqavilə imzalanmış, bununla da həm lokal kartların həm də MasterCard loqolu plastik kartların emissiyasına başlanılmışdır.

Mənbə: ICTnews




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir