Search
143859973839614304_554x360

Kredit ittifaqlarına dəstək olundu

Azərbaycanda fəaliyyət göstərən 25 kredit ittifaqının hər birinə 50 min manat, ümimilikdə 1,25 milyon manat kredit ayrılıb. Bu barədə Azərbaycan Kredit İttifaqları Assosiasiyasından (AKİA) məlumat verilib. Məlumata görə, krediti İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondu (SKMF) tərəfindən, illik 1%-lə ayırıb.
 
Vəsaitin ayrılması üçün kredit ittifaqları sahibkarlardan topladıqları biznes-olanları hökumətə təqdim ediblər. Aprelin 15-də SKMF pulun verilməsi barədə qərar qəbul edib. Kredit ittifaqları cəlb etdikləri vəsaiti adambaşına 5 min manat olmaqla 250 sahibkara borc kimi verib. İş adamlarına kredit illik 6%-lə, 3 il müddətinə ayrılıb. Güzəştli şərtlərlə kredit alanlar heyvandarlıq sahəsində fəaliyyət göstərən sahibkarlardır.
 
Xatırladaq ki, Azərbaycanda fəaliyyət göstərən kredit ittifaqları uzun müddətdir ki, maliyyə problemi ilə üzləşib. Dövlət xətti ilə maliyyələşmənin dayandırılması mikromaliyyə qurumlarını bağlanmaq təhlükəsi qarşısında qoyub. SKMF kredit ittifaqlarına vəsait ayırsa da, digər dövlət qurumu – Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi ilə əməkdaşlıq məsələsi hələ də öz həllini tapmayıb.
Mənbə: Fins.az



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir