Search
bk6

“Kapital Bank” yeni unikal məhsulunu təqdim edib

“Kapital Bank” ASC  “Səndən bir dənədir” şüarının sirrini açıb.

Bankın bu gün keçirdiyi təqdimat mərasimində bildirilib ki, bazara yeni “Bir Kart” adlı unikal kart məhsulu təqdim olunur.

Təqdimat mərasimində  “Kapital Bank”ın  Marketinq kommunikasiyaları şöbəsinin rəisi Günel Fərzəliyeva bildirib ki, indiyədək 100 mindən çox istifadəçi “sendenbirdenedir.az” saytına daxil olaraq öz unikal sertifikatını alıb. Bu gün isə, layihə üzrə hazırlanmış  kart məhsulu haqqında məlumat veriləcəkdir.

 “Kapital Bank” ASC-nin İdarə Heyətinin sədri Rövşən Allahverdiyev bildirib ki, bu gün Bank üçün əlamətdar günlərdən biridir:

“Biz bu gün bazara yeni məhsul təqdim edirik. İnanırıq ki, bu məhsul hər bir müşərimiz tərəfindən bəyəniləcəkdir”, – o deyib.

Yeni məhsul  haqqında ətraflı məlumat verərək  “Kapital Bank” ASC Pərakəndə bankçılıq departamentinin rəhbəri İqbal Rüstəmov bildirib ki, “Bir Kart” 6 kart məhsulunu özündə birləşdirir:

“Bu məhsul kredit kartı, debet kartı, taksit kartı, bonus kartı, depozit kartı, əməkhaqqı  (o cümlədən pensiya) kartı funksiyalarını özündə birləşdirir. Biz müştərilərimiz arasında apardığımız araşdırma nəticəsində müəyyən etdik ki, müştərilər bir neçə kartları gəzdirmək narahatçılğı hiss edirlər. Onlar bir neçə kartın bir kartda birləşdirilməsi ideyasını dəstəklədiklərini bildirdilər və nəticədə də belə bir kart hazırlandı. Biz 6 məhsulu 1 kartda cəmləşdirmişik”.

İqbal Rüstəmov  əlavə edib ki, “Bir Kart” bir çox unikal cəhətləri ilə seçilir:

“Bu kartda bir neçə kartın balansını görmək mümkündür. Bu unikal bir xüsusiyyətdir. Azərbaycan bazarında belə xüsusiyyətli kartı ilk dəfə “Kapital Bank” təqdim edir. Digər bir üstünlük, “Kapital Bank”ın bankomatlarından vəsaiti komissiyasız nağdlaşdırmaq imkanıdır. Başqa bir üstünlüyümüz yüzlərlə partnyor şəbəkələrdən hissə-hisə istifadə imkanıdır. Digər bir üstünlük isə istifadə olunan məbləğin 40 gün müddətində faiz ödənişindən azad olunmasıdır. Həmçinin kart sahibi xərclədiyi vəsaitin qarşılığında bonuslar qazanır, hansı ki,  bu bonuslar pula çevrilə bilər”.

Müştərilər “Bir Kart”ı “Kapital Bank”ın filiallarına və ya onlayn şəkildə müraciət edərək ala bilərlər.

İqbal Rüstəmov qeyd edib ki, “Kapital Bank”da əməkhaqqı kartı olanlar və bütün“Kapital Kart” sahibləri öz kartlarını “Bir Kart” məhsuluna miqrasiya edə bilərlər. Kartın satışına May ayının əvvəlindən başlanılacaqdır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir