Search
3e086c24ae8d6b75215572bbe01ceb9f_XL

Azərbaycan yüksək təzyiqli xortum və fitinq istehsalına başlayır

Sumqayıt Kimya Sənaye Parkının 7-ci rezidenti olan “MST Enginnering” şirkəti 2 hektar ərazidə yerləşəcək və yüksək təzyiqli xortumlar və fitinqlər istehsal edəcək. Bunu jurnalistlərə açıqlamasında Sumqayıt Kimya Sənaye Parkının direktor müavini Zaur Məmmədov deyib.

Z.Məmmədov həmin məhsulların Azərbaycanda neft-qazçıxarma, qida sənayesində istifadə edildiyini bildirib: “Hazırda həmin məhsullar 100% idxal edilir. Bir müddətdən sonra isə “MST Enginnering”in istehsal etdiyi bu məhsullar həm Azərbaycan bazarını təmin edəcək, həm də qonşu ölkələrə ixrac ediləcək”.

Qurum rəsmisi bildirib ki, burada 40-dan çox daimi iş yeri açılacaq: “Ümumilikdə, 40-50 daimi iş yerinin açılması gözlənilir. Xammala gəlincə isə, ilkin mərhələdə bu, idxal ediləcək. Lakin 2018-ci ilin ortalarından “SOCAR Polymer”in işə düşməsi nəticəsində tələbatın yerli istehsal hesabına ödəniləcəyi gözlənilir”.

Mənbə: Report




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir