Search
Ateshgah_logo_160910

“Korporativ satış üzrə mütəxəssis” – Vakansiya

Atəşgah Sığorta şirkətində Korporativ satış departamentinin mütəxəssisi vakansiyası

Namizədə tələblər

• Yaş: 23-30
• Cinsi: kişi və ya qadın
• Təhsil: Ali
• İş təcrübəsi: Satış sahəsində (həmçinin sığorta və ya bank sahəsində) olanlara üstünlük verilir
• Dil bilikləri: Azərbaycan (əla), Rus (əla)
• Kompyuter bilikləri: MS Office yaxşı səviyyədə bilməsi

Şəxsi keyfiyyətlər

• Ünsiyyət qurmaq bacarığı
• Nitq mədəniyyəti
• Yüksək təqdimat bacarığı

Əsas vəzifə öhdəlikləri

• Potensial korporativ müştərilərin axtarışını həyata keçirmək və onlarla görüşlər keçirmək;
• Müştərilərin tələblərini nəzərə alaraq, uyğun sığorta məhsulunu təklif etmək;
• Sığorta qaydaları haqqında müştərinin dəqiq məlumat almasında ona köməklik göstərmək;
• Sığorta məhsullarının satışı üzrə müəyyən olunan planı yerinə yetirmək;
• Yeni və mövcud müştərilər üzrə məlumat bazasını aparmaq;
• İşlədiyi şöbənin fəaliyyəti ilə bağlı bilavasitə öz rəhbərinin xidməti tapşırıqlarını yerinə yetirmək.

İş şərtləri

• Əmək müqaviləsi bağlanılır
• İş vaxtı 09:00 – 18:00
• İş günü 5/2  (Şənbə və Bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)
• Şirkət tərəfindən korporativ nömrə və danışıq vaxtı verilir
• Sabit əmək haqqı 400-500 AZN + rüblük motivasiya

Maraqlananlar öz CV formalarını vusala.ismayilova@ateshgah.com ünvanına göndərə bilər (məktubun mövzu bölməsində, vakansiyanın adını qeyd etmək mütləqdir, əks halda namizədliyinizə baxılmayacaqdır)

Yuxarıda qeyd olunanları nəzərə alaraq bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir