Search
bank_filial_251212

“Bank of Baku”-da Vakansiya

 

Vəzifə: Aparıcı Müfəttiş

Departament/şöbə: Daxili Audit Departamenti

Əsas vəzifə və öhdəliklər

 Daxili nəzarət sistemlərinin effektivliyi və uyğunluğunun yoxlanılması və qiymətləndirilməsi
 Risklərin qiymətləndirilməsi medotologiyası və risklərin idarə edilməsində prosedurlarının tətbiqinin və effektivliyinin yoxlanılması və qiymətləndirilməsi
 Aktivlərin qorunması sistemlərininin yoxlanılması və qiymətləndirilməsi
 Risk ehtimalı ilə əlaqədar bank kapitalının yoxlanılması və qiymətləndirilməsi
 Fəaliyyətlərin səmərəliliyinin və xərclərin effektivliyinin (qiymət baxımından sərfəlilik) qiymətləndirilməsi
 Qayda və prosedurların həyata keçirilməsini, qanunvericiliyə və davranış məcəlləsinə riayət olunmasını təmin edən sistemlərin yoxlanılması və qiymətləndirilməsi
 Səhmdarların Ümumi Yığıncağı, Müşahidə Şurası, Audit Komitəsi və İdarə Heyəti tərəfindən qəbul olunmuş qərarların icrasının təftişinin və auditinin aparılması və s.

Seçim meyarları

 Ali təhsil (maliyyə, iqtisadiyyat,
 Sahə üzrə 1-3 il iş təcrübəsi
 Azərbaycan dili – əla, rus və ingilis dilləri – yaxşı
 MS Office proqramları ilə işləmə bacarığı (MS Excel-də praktik işləmə bacarığı)
 Yüksək təhlil qabiliyyəti
 Təzyiq altında işləmə bacarığı
 Xarici audit şirkətində iş təcrübəsi olanlara üstünlük verilir

İş şərtləri

 Iş vaxtı: 5 iş günü, 09.00-18.00
 İş yeri: Baş Ofis
 Əmək haqqı: təcrübədən asılı olaraq

Müraciət üçün son tarix: 25/03/2016

Yuxarıdakı tələblərə uyğun namizədlər öz CV-lərini hr@bankofbaku.com ünvanına göndərə bilərlər. Məktubun subject qrafasında Audit sözünü qeyd etməyi unutmayın!




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir