Search
kapital_bank_tedbir

“Kapital Bank”dan daha bir uğurlu KSM layihəsi (FOTO)

Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində məskunlaşmış Xocalı köçkünlərinin içməli su probleminin həllinə kömək üçün “Kapital Bank”ın maliyyə dəstəyi ilə inşa edilmiş yeni su hövzəsinin açılışı olub.

Açılış mərasimində Xocalı rayon İcra Hakimiyyətinin təmsilçiləri, “Kapital Bank”ın nümayəndələri, Aşağı Ağcakənd qəsəbəsinin sakinləri iştirak ediblər.

Bankın bu nəcib təşəbbüsü yerli sakinlər tərəfindən təqdir olunub. Bildirilib ki, istifadə edilən köhnə su hövzəsi təmirsiz olduğundan ərazidə içməli su ilə bağlı müəyyən çətinliklər vardı. İndi Xocalı köçkünləri “Kapital Bank”ın onlara hədiyyə olaraq inşa etdiyi yeni su hövzəsindən faydalana biləcəklər.

Bankın Marketinq və PR departamentinin direktoru Vüsal Nağıyev “Kapital Bank”ın sosial məsuliyyət layihələrinin müxtəlif sahələri əhatə etdiyini bildirib. Qeyd edib ki, dövlət rəhbərliyinin həyata keçirdiyi regional inkişaf siyasətinə dəstək olaraq, Aşağı Ağcakənd qəsəbəsində “Kapital Bank”ın köməyi ilə yeni su hövzəsinin tikintisi də bu layihələrdən biridir. “Kapital Ban”k bu cür sosial məsuliyyət layihələrini gələcəkdə də davam etdirməkdə qərarlıdır.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan “Kapital Bank” 89 filialı və 8 şöbəsi ilə hər zaman müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 nömrəli Müştəri Xidmətinə və bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət etmək mümkündür.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir