Search
baku_city_albom_hd_200814_1

Milli Depozit Mərkəzinin İdarə Heyətinə yeni sədr təyin edilib

“Milli Depozit Mərkəzi” QSC-nin Səhmdarlarının Ümumi Yığıncağı keçirilib.

Kreditxəbər Trend-ə istinadən məlumat verir ki, Mərkəzdən verilən məlumata görə, Səhmdarların Ümumi Yığıncağının qərarı ilə Əliyev Araz İsmayıl oğlu “Milli Depozit Mərkəzi” QSC-nin İdarə Heyətinin sədri vəzifəsinə təyin edilib.

Əliyev Araz İsmayıl oğlu 1960-cı ildə anadan olub. 1985-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu “Maliyyə-kredit”, 1995-ci ildə isə Bakı Dövlət Universitetini “Hüquqşünas” ixtisası üzrə bitirib. O, 1977-ci ildən əmək fəaliyyətinə başlayıb, bu illər ərzində bank sferasında müxtəlif vəzifələrdə çalışıb.

Ailəlidir, üç övladı var.

trend.az




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir