Search
images (1)

“Kapital Bank”-da vakant yer

“Kapital Bank”   aparıcı hüquqşünas vəzifəsinə  işçi qəbulu elan edib. Bankdan verilən məlumata görə, ali hüquq təhsili, bank, maliyyə sahəsində 5 illik iş təcrübəsi olan namizədlər vakansiya ilə bağlı müraciət edə bilərlər.
Namizədə dair tələblər:
– Ali hüquq təhsili (LLM magistr dərəcəsinin olması arzuolunandır);
– Bank, maliyyə sahəsində 5 illik iş təcrübəsi;
– Azərbaycan və Rus dillərini əla səviyyədə bilməli (İngilis dili bilən namizədlərə üstünlük verilir);
– Mülki, iqtisadi və inzibati işlər üzrə məhkəmələrdə iştirak təcrübəsi olmalı;
– Təzyiq altında işləməyi və stres vəziyyətlərdə qərar qəbul etməyi bacarmalıdır;
– Məsuliyyət, dürüstlük, dəqiqlik və etibarlılıq;
– Məxfilik, təhlik etmək, ünsiyyət bacarığı, vaxtın idarə edilməsi, komandada işləyə bilmək bacarıqların olması.
Vəzifə öhdəlikləri:
– Bankın fəaliyyəti ilə bağlı müqavilələrin ekspertizasını keçirmək və müqavilələrin mütəmadi təkmilləşdirilməsini təmin etmək;
– Bankın fəaliyyətilə bağlı bağlanan bütün əqdlərin, o cümlədən beynəlxalq müqavilələrin hüquqi ekspertizasını həyata keçirmək;
– Hüquq Departamentinə aid olan məhkəmə proseslərində Bankı təmsil etmək;
– Bank qarantiyası, akkreditiv və digər maliyyə alətləri ilə bağlı məsələlərdə hüquqi dəstək göstərmək;
– Bankın fəaliyyəti ilə bağlı istifadə edilən müqavilə formalarınının mütəmaddi təkmilləşdirilməsini həyata keçirmək;
– Departament tərəfindən verilməli hüquqi rəylərin hazırlanması və yoxlanılması;
– Bankdaxili təlimat, qayda və prosedurların, əsasnamələrin ekspertizasının aparılmasında və müvafiq təkliflərin hazırlanmasında iştirak etmək;
– İdarə Heyətinin qərarlarının, İdarə Heyəti üzrə əmr və sərəncamların ekspertizasını həyata keçirmək;
– Hüquqi sorğuların cavablandırılmasında iştirak etmək;
– Dövlət orqanları və hüquq mühafizə orqanları ilə əməkdaşlıqda Bankı təmsil etmək.
Müraciət etmək istəyənlər CV-lərini “mövzu” bölməsində “aparıcı hüquqşünas” qeyd etməklə HKC@kapitalbank.az ünvanına göndərə bilərlər.
Telefon: 196



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir