Search
300xNxP0lH9LiJ2ALFt6fH4A.jpg.pagespeed.ic.3SvjZaDefH

Mərkəzi bankın səlahiyyətlərindən biri ləğv olundu

Nazirlər Kabineti “Ticarət, ictimai iaşə, məişət və digər növ xidmət qaydaları”nda dəyişiklik edib. Bu qaydalar İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin fəaliyyətini təmin təmin etmək məqsədi ilə hazırlanıb və istehlakçılarla (alıcılarla) ticarət, ictimai iaşə, məişət və digər növ xidmət sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər (o cümlədən, satıcılar) arasında alqı-satqı və digər xidmətlərin göstərilməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyir. Qaydaya əsasən indiyə qədər  dövlət özəlləşdirmə çeklərinin alqı-satqısı Azərbaycan Mərkəzi Bankının müəyyən etdiyi qaydada və müvafiq qanunlarla tənzimlənib. Dəyişikliyə əsasən dövlət özəlləşdirmə çeklərinin alqı-satqısı ilə əlaqədar bu müddəa ləğv olunub.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir