Search
1466965443_istiqraz1

İstiqrazları elektron olaraq almaq olar – VİDEO

İstiqrazları evdə oturaraq elektron olaraq əldə edə biləcəksiz. Ekspertlər istiqrazları bir sıra göstəricilərinə görə əmanətlərdən daha üstün hesab edirlər. İstiqraz alıb pul qazanmaq istəyənlərə ekspertlərin önəmli tövsiyyələri var.

İstiqrazları artıq həm də elektron formada əldə etmək mümkün olacaq. Bununla bağlı Milli Məclisin son plenar iclasında qanunda dəyişiklik edilib. Ekspertlər bildirir ki, yenilik, istiqrazın alınmasını daha qısa zamanda həyata keçirməyə imkan verəcək.

İstiqrazlarla bağlı maraqlı məqamlardan biri isə budur ki, bu qiymətli kağızların gəlirliliyi 9 faizdən 17 faizə qədərdi. Buna baxmayaraq sığortalanan manat əmanətləri 12 faiz olduğu halda, insanların əksəriyyəti pulunu 5 faiz daha gəlirli olan istiqraza yox əmanətə yatırır. İqtisadçı-ekspert Rəşad Həsənovun sözlərinə görə istiqrazlara maraq son dövrlərə qədər aşağı olub. Ancaq son aylar Maliyyə Nazirliyinin buraxdığı dövlət istiqrazları həm vətəndaşların, həm də hüquqi şəxslərin qiymətli kağızlara münasibətini önəmli dərəcədə dəyişib.

Əmanətin faiz gəlirini almaq üçün müştəri 1 il gözləməli olduğu halda, 3 və 6 aylıq istiqrazlar vətəndaşın daha qısa zamanda gəlir əldə etməsinə səbəb olur. Vətəndaşların əlavə qazanc yeri kimi istiqrazlara meyl etməsini müsbət addım kimi qiymətləndirən Rəşad Həsənov bankların bu kağızlara ifrat dərəcədə üstünlük verməsini isə düzgün hesab etmir. Ekspertin fikrincə banklar ancaq istiqraza yönələcəkləri halda real sektor dəstəksiz qala bilər.

Xəzərxəbər




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir