Search
6d5e78b295499882a42ede503be7540a_XL

“Azərbaycanda banklar birləşməlidir”

“Azərbaycanda bankların sayı çoxdur. Bu banklar birləşərək daha  güclü banklar yaratmalıdırlar”.

Bunu “Marja”ya İsveçrənin “BCP” bankının vitse-prezidenti Davut Çelik bildirib.

“Azərbaycan Beynəlxalq Bankı digər banklar ilə müqayisədə çox güclü bankdır və bazar payı böyükdür. Azərbaycanın digər kiçik bankları yalnız birləşərək böyük bank ilə rəqabət apara bilərlər. Banklar birləşərsə, bank sistemi güclənər, bank xidmətlərinin o cümlədən kreditlərin qiyməti aşağı düşər. Banklar böyük olarsa, daha yaxşı işləyə bilərlər”,- o deyib.

BANKLAR XARİCDƏN KREDİTİ 5-6 FAİZƏ CƏLB EDİRLƏR

Banklarının maliyyələşməsinə toxunan Davut Çelik qeyd etdi ki, Azərbaycan banklarına xaricdən maliyyə vəsaiti cəlb etmək əmanət yığmaqdan daha sərfəlidir:

“Əmanət toplamaq üçün xərc çəkilir, bunun üçün filialların olmalıdır. Sindikatlardan isə pulu topdan və daha ucuz cəlb etmək mümkündür. Azərbaycan banklarına sindikatlaşdırılmış kredit,  Libor faiz dərəcəsi +3-3,5 şərti ilə cəmi 5-6%-ə başa gəlir”.

Davut Çelik əlavə etdi ki, Azərbaycanın digər  bankları ilə həm ikili, həm də sindikat vasitəsilə əməkdaşlıq etməyə hazırdırlar.

Qeyd edək ki, İsveçrənin BCP (Banque de commerce et de Placements) ticarətin maliyyələşdirilməsi və sərvətlərin idarə edilməsi üzrə ixtisaslaşıb. BCP, Azərbaycan bankları ilə xeyli müddətdir əməkdaşlıq edir. Bank, Azərbaycan Beynəlxalq Bankına, Unibanka, AccessBanka kredit verən sindikatların üzvü kimi çıxış edib.

BCB Bankının səhmdarları sahibi türkiyədən olan holdinq və Yapi Kredi Bankıdır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir