Search
pul_qabi_088

İşsizliyə görə müavinətin verilmə qaydaları DƏYİŞDİ

Nazirlər Kabinetinin “İşsizlik müavinətlərinin maliyyələşdirilməsi haqqında” qərarına dəyişikliklər edilib.

Bu barədə qərarı baş nazir Artur Rasi-zadə imzalayıb.

Qərar “Əhalinin sosial müdafiəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında” fərmanının 3.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə qəbul olunub.

Qərara aşağıdakı dəyişikliklər edilib:

  1. 1-ci hissənin ikinci abzasından “Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu ilə birlikdə” sözləri çıxarılsın.
  2. 5-ci və 10-cu hissələrdə “Dövlət Sosial Müdafiə Fondu tərəfindən” sözləri “Dövlət Sosial Müdafiə Fondundan” sözləri ilə əvəz edilsin.
  3. 6-cı hissədə “Dövlət Sosial Müdafiə Fonduna” sözləri “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna” sözləri ilə əvəz edilsin.
  4. 8-ci hissədən “Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu,” sözləri çıxarılsın.
  5. 10-cu hissədə “Dövlət Sosial Müdafiə Fondunun” sözləri “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun” sözləri ilə əvəz edilsin.
  6. 11-ci hissənin ikinci abzasına “düzgün aparılmasına və” sözlərindən sonra “vaxtında maliyyələşdirilməsinə,” sözləri əlavə edilsin və dördüncü abzası ləğv edilsin.

Report

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir