Search
Business concept with realistic open book and sketch businessmen and charts vector illustration

Amerikalılardan yerli biznesmenlər üçün “Ağ Kitab”

Amerika Ticarət Palatası Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması üzrə biznes icmasının tövsiyələrini özündə toplayacaq “Ağ Kitab” hazırlanır.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycandakı Amerika Ticarət Palatasının nümayəndə heyətini qəbulu zamanı “Ernst and Young” şirkətinin nümayəndəsi İlqar Vəliyeb bildirib:

“Amerika Ticarət Palatasının həyata keçirdiyi vacib təşəbbüslərdən biri də “Ağ Kitab” adlanan sənədin hazırlanmasıdır. Bu sənəddə biz Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması üzrə biznes icmasının tövsiyələrini vurğulayırıq. Hesab edirik ki, ölkədə həyata keçirilən iqtisadi islahatları nəzərə alaraq bu ərəfədə bu sənəd çox böyük önəm daşıyacaq. Beləliklə, hazırda biz bu sənəd üzərində işləyirik. Biz bu sənədin hazırlanması üçün çox geniş auditoriyanı, geniş ekspertlər qrupunu cəlb edirik. Bu sənəd hazır olan kimi onu Sizə şəxsən təqdim etmək imkanına görə Sizə çox minnətdar olardıq”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir