Search
VTB_Bank_Logo_Albom_110712

Bank VTB verilmiş kreditlərinin restrukturizasiyası proqramını bərpa etdi

VTB (Azərbaycan) kreditlərin restrukturizasiya proqramı üzrə işini bərpa edib. Maliyyə bazarlarına nəzarət Palatası tərəfindən müvəqqəti dayandırılmış “Müştəriyə dəstək” proqramı yenilənmiş versiyada müştərilərə təqdim olunur. Proqramda Palatanın ölkədə maliyyə sabitliyinin və istehlakçıların hüquqlarının müdafiəsinə istiqamətlənmiş bütün tövsiyələri nəzərə alınıb.

“Müştəriyə dəstək” güzəşt proqramı kredit borclarını ödəməkdə çətinliklə üzləşən müştərilərin kredit yükünün azaldılmasını nəzərdə tutur. Proqrama əsasən, iş yerini və əsas gəlir mənbəyini itirmiş müştərilərə 6 ay müddətinə aylıq ödənişi azaltmaq imkanı verilir. Belə şərtlərdə “Avtokredit” və “Girovlu istehlak krediti” olan müştərilər aylıq ödənişlərinin cəmi 10%-ni, “Nağd kredit” məhsulu üzrə borclu olanlar isəaylıq ödənişlərinin cəmi 15%-ni ödəyəcək. Kreditin məbləğindən asılı olaraq, aylıq ödəniş 15-20 manat təşkil edə bilər.

Gəliri azalan müştərilər üçün güzəşt ili ərzində aylıq ödənişin azaldılması nəzərdə tutulub. Dollar krediti olan müştərilərə aylıq ödənişin 50%-ə qədər, manat və rublda kreditləri olanlar üçün 30%-dək azaldılması təklif edilir.

Güzəşt müddəti ərzində vaxtında ödəniş edən müştərilər üçün bank faiz dərəcəsini 25% azaltmağa hazırdır.

Bank VTB (Azərbaycan) ASC VTB Bank ASC-nin törəmə bankıdır. Bank VTB (Azərbaycan) ASC-nin  səhmdarları: VTB Bank ASC və “AtaHolding” ASC-dir. Bank VTB (Azərbaycan) ASC korporativ biznesi, kiçik və fərdi biznesi təmsil edən müştərilərə, eləcədə fiziki şəxslərə xidmət göstərir. Bu gün bank baş ofis yanında Müştəri xidmətləri İdarəsi də daxil olmaqla 15  filial ilə təmsil olunub.

ВТБ (Азербайджан) возобновил программу реструктуризации выданных кредитов

ВТБ (Азербайджан) возобновил работу по программе реструктуризации ранее выданных кредитов, временно приостановленную Палатой по надзору за финансовыми рынками. В обновленной программе «Поддержка клиента» учтены все рекомендации Палаты, направленные на обеспечение финансовой стабильности и защиты прав потребителей.

Льготная программа предусматривает снижение кредитной нагрузки заемщиков, столкнувшихся с трудностями при выплате кредитной задолженности.

Согласно программе, заемщикам, потерявшим работу и основной источник дохода, дается возможность уменьшить ежемесячный платеж в течение 6 месяцев. При таких условиях клиенты, имеющие кредит по продуктам «Автокредит» и «Залоговый потребительский кредит» (ЗПК), будут выплачивать всего лишь 10% от ежемесячного платежа, а клиенты, пользующиеся продуктом «Кредит наличными»- 15%. В зависимости от суммы кредита ежемесячный платеж может составить даже 15-20 манат.

Уменьшение ежемесячного платежа в течение льготного года предусмотрено также и для клиентов, у которых снизились доходы. Таким заемщикам предлагается снизить платеж для долларовых кредитов до 50%, а для кредитов в манатах и рублях – до 30%.

В случае своевременного погашения платежей по итогам 12 месяцев банк готов на четверть уменьшить процентную ставку по кредиту.

ОАО Банк ВТБ (Азербайджан) является дочерним банком Банк ВТБ (ПАО). Акционеры ОАО Банк ВТБ (Азербайджан): Банк ВТБ (ПАО) и ОАО «AtaHolding». ОАО Банк ВТБ (Азербайджан) оказывает услуги клиентам корпоративного бизнеса, малого бизнеса и частным клиентам. Сегодня Банк представлен 15 филиалами, включая Управлением клиентского обслуживания при головном офисе.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir