Search
mehemmed-talibli

İpotekanın əlçatanlığı problem olaraq qalır

Məhəmməd Talibli: “Müdafiəsiz gənc ailələri nəzərə almaqla ilkin ödənişin miqdarı azaldılmalıdır”

Cari ilin ilk üç ayı ərzində 634 nəfərə ipoteka krediti ayrılıb. 2014-cü ilin birinci rübündə sosial ipotekanı 266 nəfər, kommersiya şərtləri ilə isə 368 nəfər alıb. Fondun məlumatına görə, kredit alanların yaş həddi əsasən gənc nəslə aiddir. Belə ki, ipoteka krediti alanların 38,5 faizi 18-29 yaş arası, 32,8 faizi 30-35 yaş arası, 28,7 faizi isə 36 yaşdan yuxarı şəxslərdir.
Məlumatda qeyd edilir ki, verilən ipoteka kreditlərinin 94,9 faizi çoxmərtəbəli binalarda mənzil almaq üçün, əsasən yeni tikililərdə isə 5,1 faiz xüsusi evlərin alınması üçün götürülür. İpoteka kreditlərinin təxminən yarısı 40,5 faizi 40-60 kv.metrlik mənzilin, 26,7 faizi 60-80 kv.metrlik, 11,6 faizi 80-100 kv.metrlik, 9,3 faizi 40 kv.metrdən az, 6,8 faizi 120 kv.metrdən çox, 5,2 faizi 100-120 kv.metr sahəsi olan yaşayış yerlərinin alınması üçün istifadə edilir. Ümumilikdə ipoteka ilə alınan mənzillərin 63,5 faizi 30-60 min manat, 28 faizi 60-90 min manat, 3,7 faizi 30 min manata qədər, 3,3 faizi 90-120 min manat, 1,5 faizi isə 120 min manatdan artıq olur.
Statistik göstəricilər hər şeyin normal olduğunu deməyə əsas versə əd real mənzərə bu sahədə ciddi problemlərin olduğunu göstərir. Əsas problem də ipoteka faizlərini və digər şərtlərinin əlçatan səviyyədə olmaması ilə əlaqədardır. İki ildən çox müddətdir ki, Gənclər və İdman Nazirliyi, Mərkəzi Bank ipoteka kreditlərinə yeni yanaşma ortaya qoysa da, yeniliklər reallaşmaq istəmir. Sanki bu prosesə əngəl olan maraqlı qruplar hər vəchlə çalışır ki, mənzil arzusunda olanların arzu-istəyi yerinə yetməsin. Belə qənaətə gələn, iqtisadi ekspert Məhəmməd Talıblı bildirdi ki, birinci problem dövlət tərəfindən ipoteka kreditləri üçün ayrılan məbləğin özünün yetərli olmamasıdır. Onun sözlərinə görə, uzun illər dövlət büdcəsindən səmərəsiz, qeyri-şəffaf vəsaitlərin ayrılmasına baxmayaraq, cəmiyyəti düşündürən ipoteka məsələsinə etinasız yanaşılır: «İpoteka kreditləri üçün aryılan vəsaitlərə ehtiyac meyarı böyük olsa da, bu istiqamətə diqqət ayrılmır. Bu baxımdan ölkədə ipoteka kreditləri üçün ayrılan vəsait ehtiyacları simvolik həddə adekvatdır. Ümumiyyətlə Azərbaycanda özəl bankların da ipoteka kreditləri ilə bağlı maliyyə ayırmalarına maraq göstərmir. Ölkədəki özəl banklar bu istiqamətdə təşviq olunmur».
Ölkədə artan mənzil ehtiyacları fonunda bu təlabatın yalnız dövlət vəsaitləri hesabına ödənilməyə çalışıldığını deyən M.Talıblı bildirdi ki, ona görə bu sahədə dövlət vəsaitlərinin artırılmasına ehtiyac var. M.Talıblı eyni zamanda ipoteka kreditlərinin verilməsi zamanı sənədləşdirilmə prosesində də radikal dəyişikliklərin edilməli olduğunu düşünür: «Birinci addım kimi ipoteka kreditinin verilməsi zamanı sosail baxımından müdafiəsiz gənc ailələri nəzərə almaqla ilkin ödənişin miqdarını azaltmaq gərəkdir. Eyni izamanda bəzi sosial qrupların güzəştli ipoteka şərtlərindən yararlanmaq imkanları olmalıdır».
Müsahibimiz qeyd edir ki, hər bir bank faiz dərəcələrini Mərkəzi Bankın müəyyənləşdirdiyi uçot dərəcələrinin həddində etməlidir: “Ancaq banklar daha çox qazanmaq istəyirlər. Bunun üçün də faiz normalarını artırıblar. Əslində, banklar Mərkəzi Bankın 4,75 faiz uçot dərəcələri səviyyəsindən bir az artıq kreditlərini sata bilərlər. Amma indiki halda Azərbaycan bank sektorunda rəqabət qabiliyyəti zəif olduğu üçün banklar nə qədər yüksək faiz qoysalar da, yenə də kreditlə bağlı müraciət edənlərin sayı artır”.
İqtisadçı vurğulayır ki, avtomoillərin kreditlə alınması şərtlərinin sərtləşməsi bankların özünün maraqlarından irəli gəlir: “Yəni, banklar daha çox sığortalanmış gəlir tərəfdarı kimi çıxış edirlər. Onlar istəyir ki, verdikləri kreditlərin geridönüş prosesi effektiv olsun. Amma Mərkəzi Bank da maliyyə institutu olaraq marağı ondan ibarətdir ki, ölkədə kreditlərin bu səviyyədə yüksək yayılması nağd ödənişlərlə əvəzlənsin”.

Mənbə: ucnoqta.az

Əfsun


TAG


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir