Search
london-newspaper-seller-announces-titanic-disaster

Titanik – “Batmaz gəmi”

Titanik gəmisi 31 mart 1909-cu ildə hazırlanmağa başlanmış, 2 aprel 1912-ci ildə yekunlaşmışdır. 10 aprel 1912-ci ildə Nyu York istiqamətində ilk səfərə çıxan Titanik 15 aprel saat 23.40-da Atlantik okeanında aysberqlə toqquşaraq sulara qərq olmuşdur. 66.000 ton ağırlığı, 269 m uzunluğu olan gəminin 2.435 nəfər sərnişini, 892 şəxsi heyəti vardı. Gəmini Harland və Volf tərsanəsi hazırlamışdır, sahibi  Uayt Star Layn, kapitanı isə Edvard Smit olmuşdur. Gəmidəki sərnişinlər müxtəlif qruplara aid insanlar olmuşdur. Ən maraqlısı da odur ki, onlardan 57-si dünyanın məşhur neft, kömür, dəmiryol və polad krallarından ibarət milyonçular olmuşlar. Hətta onların arasında 150 mln dollardan artıq kapitalı olan 47 yaşlı Con Astor vardı ki, o, 20 ”Titanik” almaq iqtidarında idi. Bundan əlavə gəmidə qızıl, brilyantla bərabər Ömər Xəyyamın “Rübai” manuskripti, Van Qoq, Salvador Dali kimi məşhurların əl işləri vardı. Gəminin seyfində indiki qiymətlə 300 mln dollar, daş-qaş olmuşdur.

03

Məlumatlara görə gəmidə olan 2224 sərnişindən 710 nəfər xilas olmuş, 1514 nəfər həlak olmuşdur. Titanik gəmisinin hissələri baş verənlərdən 73 il sonra ABŞ dəniz donanmasının istefada olan dənizçisi Robert Balard tərəfindən 1985-ci ildə  4.000 metr dərinlikdə aşkar edilib. Gəmi  iki hissəyə bölünmüş vəziyyətdə 3.657 metr dərinliyə düşmüşdür. Gəminin qalıqları da bunu sübut edir. Gəminin araşdırmaları davam edir. Məlumatlara görə yaxın 20 il ərzində qalıqların tamamilə məhv olması gözlənilir. Titanik araşdırmaları hələ də davam edir.

PS: Maraqlıdır ki, həmin vaxt Titanik barədə biletlerin uzərində “Allahın belə batıra bilməyəcəyi gəmi” yazıldığına dair şayələr yayılmışdı.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir