Search
ev ipoteka menzil emlak

İpoteka almaq çətin deyilmiş – BANKLARIN İPOTEKA PROQRAMLARI

Azərbaycanda mənzil problemini dövlət xətti ilə ayrılan ipoteka kreditləri hesabına həll edə bilməyənlər bankların daxili ipoteka proqramından yararlana bilərlər. Fins.az-ın məlumatına görə, hazırda Azərbaycanda 11 bank müştərilərə öz ipoteka proqramını təqdim edir. Bu banklardan ipoteka kreditlərini illik 10%-dən 22%-dək kreditlə, 5 -25 illiyə götürmək mümkündür. İlkin ödəniş isə elə dövlət ipotekasında olduğu kimi, 20-30%-dən başlanır.

“Accessbank”da kreditin illik faiz dərəcəsi ilkin ödənişdən və kreditin məbləğdən asılıdır. Məsələn, müştəriyə ayrılan kredit 20 min manatdan az olanda faiz dərəcəsi 20-22% olur. Kreditin məbləği 20-80 min manat arasında dəyişdikdə illik faiz dərəcəsi 14-18% olur. 80-100 manat civarında dəyişən kreditləri isə illik 12%-lə götürmək mümkündür. İpoteka predmeti olan mənzilin dəyərinin azı 50%-ni ödəyənlərə mümkün qədər aşağı faiz dərəcəsi təklif olunur.

“Azər-Türk Bank”da isə illik faiz dərəcəsinin konkret həddi kreditin məbləği, müddəti və ilkin ödənişdən əlavə müştərinin ödəniş qabiliyyətindən, kredit tarixçəsindən asılı olaraq fərdi qaydada müəyyən olunur.

“Bank Respublika”da isə illik 12%-lə kredit götürmə istəyənlər ilkin ödəniş tələbini 70% yerinə yetirməlidirlər. İlkin ödəniş 50-70% olduqda kredit illik 13,5%-lə, 30-50% olduqda isə 15%-lə verilir.
“Rabitəbank”da isə faiz dərəcəsi əmək haqqını bu bank vasitəsilə alan müştərilər ücün alınan mənzilin dəyərinin 50%-i əvvəlcədən ödənildiyi halda illik 14%, 30%-i əvvəlcədən ödənildiyi halda isə  illik 15%-dir. Başqa bank vasitəsilə maaş alanlar üçün isə ipoteka krediti müvafiq olaraq ilkin ödənişdən asılı olaraq 15,75%-16,75%-lə verilir.

“Yapı Kredi Bank-Azərbaycan”da isə ipotekla kreditinin illik faiz dərəcəsi müddətdən asılıdır. Krediti 12 aya qədər 17%-lə, 12-24 ay ərzində 18%-lə, 24-36 ay ərzində 19%-lə, 36-60 ay ərzində isə 24%-lə götürmək olur.
“Azərbaycan Beynəlxalq Bankı”nın və “Bank Technique”in ipoteka kreditləri yalnız konkret yaşayış komplekslərində (AFPARK(Xırdalan), YENİ HƏYAT) yerləşən mənzilləri üçün nəzərdə tutulub.

Fins.az ayrı-ayrı banklarda alternativ ipotekanın şərtlərini təqdim edir:

Kommersiya bankının adı

İlkin ödəniş tələbi

Kreditin minimum və maksimum məbləği

(AZN-lə)

Kreditin maksimum müddəti

(illə)

Kreditin illik

faiz dərəcəsi

Müştəridən tutulan komisyon haqqı

1

“Accessbank” QSC

20%

8-100 min

10

12-22%

1-2%

2

“Azərbaycan Beynəlxalq Bankı” ASC

(AFPARK)

15%

100 min

10

12%

1,5%

3

“Azərbaycan Sənaye Bankı” ASC

30%

10-70 min

5

14%

2%

4

“Azər-Türk Bank” ASC

20-30%

200 min

10

9-12%

1%

5

“Bank Respublika” ASC

30%

5-250 min

10

12-15%

0,7%

6

“Bank Standard” QSC

30%

30-100 min

25

12,5%

2%

7

“Dəmirbank” ASC

35%

25-200 min

5

18%

3%

8

“Xalq Bank” ASC

30%

35-500 min

3-25

10%

0,1%

9

“Rabitəbank” ASC

30%

60 min

10

14-16,75%

1%

10

“Bank Technique” ASC

(YENİ HƏYAT)

10%

Limitsiz

10

10%

1%

11

“Yapı Kredi Bank – Azərbaycan” ASC

20%

Limitsiz

5

17-24%

1%

fins.az




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir