Search
Ateshgah heyat1

“Atəşgah Həyat” işçi axtarır – VAKANSİYA

“Atəşgah Həyat Sığorta” Şirkəti qarışıq həyat sığortası şöbəsinin mütəxəssisi vəfizəsinə işə qəbul elan edib. Fins.az – ın şirkətə istinadən yaydığı məlumata görə, namizədlər 25-35 yaş həddində, ali təhsilli, satış üzrə, bank və ya sığorta sahəsində 2 il iş təcrübəsinə malik olmalı, Azərbaycan və rus dillərində əla, ingilis dilində yaxşı danışmağı, Ms Word, Ms Excel, Power Point proqramlarında işləməyi bacarmalıdır.

Əsas vəzifə öhdəlikləri:

– Potensial müştərilərin axtarışını həyata keçirmək və onlarla görüşlər keçirmək;
– Müştərilərin tələblərini nəzərə alaraq, uyğun sığorta məhsulunu təklif etmək;
– -Sığorta qaydaları haqqında müştərinin dəqiq məlumat almasında ona köməklik göstərmək;
– Sığorta məhsullarının satışı üzrə müəyyən olunan planı yerinə yetirmək;
–  Yeni və mövcud müştərilər üzrə məlumat bazasını aparmaq;

İşə qəbul olunacaq şəxslə əmək müqaviləsi bağlanılacaq. İş vaxtı həftənin 5 günü saat 09:00 –dan 18:00-a qədərdir. Şənbə və Bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir. Şirkət tərəfindən nahar, korporativ nömrə və danışıq vaxtı verilir, görüşlər üçün avtomobil təqdim olunur. Əmək haqqı 500 manatdır, amma əlavə olaraq rüblük motivasiya da ödənilir.

Maraqlananlar öz CV formalarını job@ateshgah.com ünvanına göndərə bilər (məktubun mövzu bölməsində, vakansiyanın adını qeyd etmək mütləqdir )




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir