Search

Texniki baxış icbari sığortanı 44% artırıb

Avqust ayında 98 620 avtonəqliyyat vasitəsi icbari sığortaya cəlb olunub. İcbari Sığorta Bürosundan (İSB) fins.az-a verilən məlumata görə, bunlardan 24,7 mini Azərbaycan ərazisinə tranzit məqsədilə daxil olan xarici avtomobillərdir.
Bu dövrdə dövrdə bağlanmış icbari sığorta müqavilələri üzrə 7,6 mln. manat sığorta haqqı toplanıb. İSB-dən verilən məlumata görə, ötən ilin avqustu ilə müqayisədə sığorta müqavilələri 44,36%, toplanan sığorta haqları isə 49,99 % artıb. Qeyd edək ki, avqustun əvvəlində ölkədə avtomobillərin texniki baxışı dövrü başa çatıb. Və bununla əlaqədar olaraq avtomobillərin icbari sığortasına da tələbat kəskin artıb.
Ümumilikdə cari ilin ilk 8 ayı ərzində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 614 mindən çox sığorta müqaviləsi bağlanılıb və bu müqavilələr üzrə 45,7 milyon manat sığorta haqqı toplanıb. Ötən ilin 8 ayı ilə müqayisədə sığorta müqavilələrinin sayında 5,94 %, sığorta haqlarının məbləğində isə 6,33 % artım müşahidə edilib.

fins.az




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir