Search
1395050919_75

İcbari sığorta haqqı – 8 MANATI KEÇMƏYƏCƏK

Azərbaycanda tətbiq olunacaq icbari tibbi sığorta haqqı ayda 8 manatı keçməyəcək. Fins.az-ın məlumatına görə, bu barədə Milli Məclisin Sosial siyasət komitəsinin üzvü Musa Quliyev məlumat verib.

Onun sözlərinə görə, icbari tibbi sığorta ilə bağlı xəstəliklərin siyahısına ilkin mərhələdə soyuqdəymə, infeksiya ve təxirəsalınmaz cərrahi müdaxilə ilə bağlı nisbətən yüngül xəstəliklər daxil ediləcək. İkinci mərhələdə isə daha ağır xəstəliklər bu sığortanın hesabına müalicə ediləcək.

Millət vəkili onu da bildirib ki, Azərbaycanda icbari tibbi sığorta ilə bağlı normal sistem formalaşdırmaq üçün hər bir işləyən vətəndaş ayda 8 manat və yaxud ildə təxminən 100 manat, eləcə də hər bir işəgötürən ildə 150 manat xərcləməli olacaq.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir