Search
photo_65476

Dubayda içərisində meşə olan otel tikiləcək – Dünyada ilk

2018-ci ildə Dubayda içərisində tropik meşəsi olan otel açılacaq.

Hilton Worldwide şirkətinə aid olan Rosemont Hotel & Residences otelində qonaqlar meşədə gəzintidən həzz ala biləcəklər. Memarların planlarına hər biri 47 mərtəbədən ibarət 2 əkiz binanın tikintisi daxildir. Otelin ümumi ərazisi 185 min kvadrat metr təşkil edəcək. Tropik meşə iki binanın əsasında 7 min kvadrat metr ərazidə yerləşəcək, hündürlüyü isə 5 mərtəbə təşkil edəcək. Meşədə şəlalələr, su mənbələri, eləcə də sensor yağış sistemi çalışacaq. Bundan əlavə, qonaqlar meşə ərazisində yerləşən Yur dövrü stilində hovuzda və qumlu çimərlikdə istirahət edə biləcəklər. Eləcə də, hər binanın 25-ci mərtəbəsində memarlar şəffaf dibi olan asma hovuzlar tikməyi planlaşdırırlar. Bunun hesabına istirahət edən insnalar Dubay peyzajlarından zövq ala biləcəklər.

Qeyri-adi oteldəki apartamentlərin qiymətləri 297 milyon dollardan başlayacaq.

Dubayda içərisində meşə olan otel tikiləcək

Dubayda içərisində meşə olan otel tikiləcək

Dubayda içərisində meşə olan otel tikiləcək

Dubayda içərisində meşə olan otel tikiləcək




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir