Search
Hyundai_SalonOdessa_02

“Hyundai”ların lizinqlə satışı dayandırıldı – YENİLİK

Azərbaycanda ən populyar avtomobillərdən olan “Hyundai”ların və digər bir neçə avtomobil markalarının lizinqlə satışı dayandırılıb. Bu barədə fins.az-a avtomobillərin lizinqini təşkil edən “Qafqaz lizinq” şirkətindən məlumat verilib. Xatırladaq ki, adı çəkilən avtomobillərin lizinqlə satışı “Avto Azerbaijan” şirkəti tərəfindən həyata keçirilirdi.

Məlumata görə, lizinqlə satışın dayandırılmasına ötən həftənin sonu qərar verilib. Şirkət rəhbərliyinin lizinq şərtlərinə yenidən baxacağı gözlənilir.
Qeyd edək ki, Azərbaycanda 1996-cı ildən fəaliyyət göstərən “Auto Azerbaijan” şirkəti ölkədə “Hyundai”, “Jeep”, “Dodge”, “Chrysler”, “Peugeot” və “Geely” markalı avtomobillərin satışı ilə məşğuldur. “Qafqaz lizinq” şirkətinin sonuncu qərarı adı çəkilən markaların hamısının satışının dayanmasına səbəb olub.
Xatırladaq ki, bir qədər əvvəl Vergilər Nazirliyi Azərbaycanda fəaliyyət göstərən lizinq şirkətlərinə lizinq əməliyyatlarında sahibkarlara üstünlük verilməsini tövsiyyə edib. Nazirlikdən göndərilən tövsiyyə məktubunda lizinqlə mal satılarkən sahibkarlara, yəni VÖEN alaraq fəaliyyət göstərən və gəlirləri barədə bəyannamə təqdim etməyi bacaran şəxslərə üstünlük verilməsi tövsiyyə edilib. fins.az




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir