Search
btb_0-628x471

“Hüquqşünas” – Vakansiya

Bank “BTB” ASC “Baş hüquqşünas” vəzifəsinə işə qəbul elan edir.

 

İş barədə məlumat:

1. Bank tərəfindən müqavilələrin hazırlanmasında iştirak edir;
2. Bankın adından bağlanılan bütün növ əqdlərin standart formalarını hazırlayır, onlara əlavə və dəyişiklikləri edir;
3. Bank fəaliyyəti ilə əlaqədar yeni qəbul olunmuş normativ-hüquqi aktlar barədə Bankın aidiyyəti əməkdaşlarını məlumatlandırır .
4. Bank tərəfindən bağlanılarn müqavilələrə rəy verir;
5. Bankın fəaliyyətində yol verilən qanun pozuntusu ilə bağlı daxil olan şikayət, ərizə və digər müraciətlərə baxır;
6. Bankın fəaliyyətində yaranan hüquqi məsələlər ilə bağlı rəylər verir və hüquqi yardım göstərir;
7. Dövlət və ictimai təşkilatlarda hüquqi məsələlərə baxılmasında bankın maraqlarını təmsil edir;
8. Bankın fəaliyyətində qanunçuluğun təmin edilməsində və onun qanuni  maraqlarının müdafiə edilməsi üzrə departamentin işində iştirak edir;
9.  Bank üçün hüquqi əhəmiyyətli nəticələr yaradan bütün sənədlərin  hüquqi ekspertizasını aparır;
10. Müştərilərin yazılı və şifahi müraciətlərinin müvafiq normativ aktda    göstərilən müddətdə və qaydada toplayır, baxır və cavablandırır;
11. Baxılan müraciətlərə dair statistikanı aparır və ümumiləşdirir;
12. Müştərilərin hüquqlarının, qanuni mənafelərinin və etik davranış qaydalarının pozulması hallarının aşkarlarlanması üçün araşdırmalar aparır;
13. Müştərilərin müraciətləri ilə əlaqədar Mərkəzi Bankın sorğularını araşdırır və cavablandırır;
14. Müraciətlərin reyestrdə qeydiyyatını aparır
15. Müştəri müraciətlərinin əsas səbəblərinə dair statistikanın  aparılmasının nəticələri barədə Departament direktoruna hesabatlar təqdim edir;
16. Müştərilərin hüquqlarının, qanuni mənafelərinin qorunması və etik davranış qaydalarında çatışmazlıqların aradan qaldırılması istiqamətində Departament direktoruna müvafiq təkliflər hazırlayır.

Namizədə tələblər:

 ali hüquqi təhsil;
 bank və digər kredit təşkilatlarında hüquq sahəsində ən azı 2 il təcrübə;
 dəqiqlik bacarığı;
 hüquqları müdafiə edə bilmə bacarığı; məsləhət vermək bacarığı;

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini  30.04.2016-cı il tarixinədək cv@btb.az elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Baş hüquqşünas)  göstərməyiniz xahiş olunur.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir