Search

Gülümsəyin və əsl dostlar qazanın

Günümüzün rəqabəti və yaranan stress bizi sadəcə özü və ailəsi üçün yaşayan fərdlərə çevirir. Həyatımız ofis və ofislə əlaqəli işlər ətrafında dövr edir. Qohumlar, qonşular və icma üzvləri sadəcə formallıq və öhdəlik təşkil edir. Bizim yeganə məqsədimiz xoşbəxtlik vasitəsi hesab edilən ən son avadanlıqları almaq üçün daha çox pul qazanmaqdır.

Dostları və qohumları ziyarət etmək, həftəsonunu birlikdə keçirmək keçmişin adətidir. Ağır həftə içi qrafikindən sonra, biz həftəsonunu tamamilə evdə keçirməyi üstün tuturuq. Ürəyimizi asanlıqla aça biləcəyimiz əsl dost tapmaq çətindir. Biz hələdə öz hisslərimizi dostlarımızla bölüşürük, lakin onlar əsl həyati dostlar deyil gözəgörünməyən online dostlardır. Real həyat ünsiyyəti sosial şəbəkələrlə əvəzlənmişdir. Belə sosiallaşma ehtiyac duyulduğu zaman həqiqətən kömək edirmi? O doğrudan bizim emosional təlabatlarımızı ödəyirmi? Cavab təbiki məlumdur -Xeyr.

Sosiallaşma

Gündəlik həyat ofis və ev ilə məhdudlaşır. İnsanlar ofisdə olduqları zaman əlaqədar işi düşünməklə məşğul olurlar. Biz evə getdiyimizdə istirahət etmək istəsək də, uşaqların ehtiyacları, yemək bişirmək və digər ev işləri ilə məşğul oluruq və özümüzü növbəti günə hazırlayırıq. Bizə hətta gülümsəməyi belə unutduran robot həyatı! Ailə hər zaman vacibdir, lakin sosiallaşma sizin üçün çox yaxşıdır. Hər gün görmədiyiniz insanlarla vaxt keçirmək olduqca maraqlıdır. Bölüşəcəyiniz müxtəlif təcrübələr həyatınızı daha zəngin edəcək. Öz peşənizdən olmayan insanlarla görüşmək sizə geniş dünya bilgisi verəcək və sizin məxsusi narahatlıqlarınız daha kiçik və önəmsiz görünəcək. Gündəlik həyatımızın xaricində olan insanlarla daha çox gülə bilirik.

Dost dosta tən gərək

Real həyatdakı bir dost ehtiyac anında online dostdan daha çox faydalıdır. İnternet təbiki bizi uzaqda yaşayan dostarımızla əlaqədə saxlayır, lakin biz başa düşməliyik ki, hər birimizin sosial ətrafa ehtiyacımız var. Biz sosiallaşdıqda qrup üzvlərinin hisslərini anlamağa başlayırıq. Bəzən dostlar insana ailədən daha çox kömək olur. Əgər siz mehriban və sosial bir insan olsanız, ehtiyacınız olduğu zaman ətrafınızda bir çox insan tapa bilərsiniz.

Uşaqlar üçün faydalar

Uşaqları internet və televizordan uzaq tutmağın ən yaxşı yolu onlara dost qazanmağın önəmini anlatmaqdır. Uşaqlarınızı qeyri-rəsmi şənliklərə aparın və onların digər ailələrlə qaynayıb-qarışmasına imkan yaradın. Bu yolla onlar öz yaşıdları ilə dost olmağı və sosial etiketləri öyrənəcəklər. Ailə dostlarının uşaqları ilə dostluq etmək uşaqlarınız üçün çox təhlükəsizdir.

Beləliklə gündəlik həyatın monotonluğundan uzaqlaşın və sosial olun. Qonşularınızı və icma üzvlərini tanımağa çalışın. Gülümsəyin və düşüncələrinizi ətrafınızdakı insanlarla bölüşün.  `




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir