Search
back_hr_1-1024x683-1140x500

“İnsan resursları mütəxəssisi” – Vakansiya

Bank “BTB” ASC “İnsan resursları departamentinin mütəxəssisi” vəzifəsinə işə qəbul elan edir.

İş barədə məlumat:

1. Bank üzrə illik işə qəbul planının icrasını təşkil edir;
2. Əmək münasibətlərinin tənzimlənməsi üzrə əmrləri hazırlayır və əməkdaşlara iş yerindən arayışları təqdim edir;
3. Əmək müqavilələrinin elektron qeydiyyatını həyata keçirir;
4. Test bazasının hazırlanması və yenilənməsini həyata keçirir;
5. Karyera tədbirlərini  təşkil edir;
6. Bankdaxili qaydalara müvafiq olaraq, şöbənin fəaliyyəti barədə hesabatlar hazırlayır;
7. Əməkdaşların əmək kitabçaları ilə təmin edilməsi. Əmək kitabçalarının doldurulmasını, onların qeydiyyatının aparılmasını və saxlanmasını təmin edir;
8. Davamiyyət sisteminə nəzarəti həyata keçirir və davamiyyət hesabatları  hazırlayır;
9. İşçi heyətinin sığortalanması ilə əlaqədar işləri həyata keçirir;
10. Bankın işçi heyəti üçün qiymətləndirmənin müəyyən olunmuş vaxt ərzində aparılmasını həyata keçirir;
11. İşçilərin qiymətləndirmə layihələrin həyata keçirilməsi;
12. Bankdaxili kompensasiya sisteminin təkmilləşdirilməsi üzrə layihələri həyata keçirir;
13. Müvafiq inkişaf proqramlarını həyata keçirir;
14. Bankdaxili qaydalara uyğun olaraq, karyera inkişaf planlarının hazırlanması və tətbiqi işini təşkil edir;
15. Korporativ tədbirləri təşkil edir;
16. İşçi heyətinin sığortalanması ilə əlaqədar işləri həyata keçirir

Namizədə tələblər:

 ali təhsil;
 ünsiyyətqurma bacarığı;
 analitik düşünmə qabiliyyəti;
 bank fəaliyyəti və əmək qanunvericiliyi ilə bağli biliklər.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 05.05.2016-cı il tarixinədək cv@btb.az elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (İnsan resursları departamentinin mütəxəssisi) göstərməyiniz xahiş olunur.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir