Search

Hökumət 1500 manatdan ev almağın mümkün olmadığını qəbul edir

 

 

 

 

 

 

Azərbaycan hökuməti “Sovetski” yaşayış sahəsinin köçürülməsi üçün yeni prinsip üzərində işləyir. Fins.az “Marja”ya istinadən xəbər verir ki, bunu yerli televiziya kanallarından birinə Baş nazirin müavini Abid Şərifov deyib.

“Tutaq ki, 1 kv.m üçün qiymət 2000 manat və ya 2500 manat oldu, bu halda da məsələ düzəlmir. Hesab edin ki, mən 12 kv. m-lik mənzildə yaşayıram və mənə 2000 manatdan pulumu verdilər. Bu, 24 000 manat edir. Bu pula da ev almaq olmaz. Burada prinsip başqa cür olmalıdır, qiymətlərin qaldırılması ilə məsələ həll olunmur. Əgər indiyədək ölçülmüş evlərin üçdə biri və ya təxminən 25%-i  8-15 kv.m təşkil edirsə, burada qiymət məsələni həll etməyəcəkdir, başqa prinsip olmalıdır, biz də bunun üzərində işləyirik. Başqa prinsiplə də həll etmək üçün biz inventarizasiyanı qurtarmalıyıq”, – Abid Şərifov söyləyib.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir