Search
img1289974 (1)

Polisdən arayış almaq neçə ay çəkir – RƏSMİ MƏLUMAT

İcbari Sığorta Bürosu sığorta hadisələri zamanı hüquq-mühafizə orqanlarından tələb olunan arayışların hansı müddətə verildiyini açıqlayıb. Qeyd edək ki, İSB-nin icraatına daxil olan kompensasiya tələbləri üzrə icraat aparılan zaman avtomobil sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayış tələb olunur.
İSB-nin konpensasiya və subroqasiya şöbəsinin müdiri Fatma Miriyeva bildirib ki, 2013-cü ildə kompensasiya ödənişi verilmiş 24 iş üzrə daxili işlər orqanları tərəfindən müvafiq arayışlar 13 iş üzrə 1 ay müddətində, 2 iş üzrə 2 ay, 4 iş üzrə 3 ay, 5 iş üzrə isə 3 aydan artıq müddətə təqdim olunub.
F.Mirəliyeva xatırladıb ki, Daxili İşlər Nazirliyinin kollegiyasının 30 noyabr 2013-cü il tarixli qərarına əsasən sığortaçılar DİN-in Baş Dövlət Yol Polis İdarəsinə elektron şəkildə müraciət edərək icbari sığorta üzrə qəzanın baş verdiyini təsdiqləyən arayışı ala bilərlər. Lakin İSB-nin və sığorta şirkətlərinin zərərçəkən şəxslərə ödənişlərin sürətləndirilməsi üçün bu arayışın sığortalananla yanaşı, sığortaçılara da göndərilməsi vacibdir. Bu səbəbdən sığorta şirkətləri DYP-nin elektron xidmət bazası ilə İSB-nin informasiya sisteminin inteqrasiya olunmasını, bununla bağlı sığorta qanunverikicilində müvafiq dəyişikliyin olunmasını təklif edirlər.fins.az




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir