Search
1362687365_8mart13-2

Hansı banklar 8 Mart Beynəlxalq qadınlar günü münasibətilə kampaniya keçirdir. SON GÜN. Kreditxəbərdən öyrənin..

Kapital Bankdan xanımlar üçün ikiqat endirim

kb

Kapital Bank 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə nağd pul kreditləri üzrə endirim kampaniyası elan edib. 1 martdan 7 marta qədər nağd pul krediti almaq üçün Kapital Banka müraciət edən hər bir xanım müştəri həm kreditin illik faiz dərəcəsində, həm də komissiya haqlarında 2% endirim qazanacaq.

Bank 6000 manatadək nağd pul kreditlərini ilkin mərhələdə özünün maaş və pensiya kart sahibləri üçün düşünüb. Kampaniya müddətində kreditlər 24%-dən başlanan illik faizlə, 36 ayadək müddətə təqdim olunur. Kreditlər zaminsiz, girovsuz və iş yerindən arayış təqdim olunmadan verilir. Üstəlik, kreditlərin aylıq ödənilməsi də çox rahatdır. Ödənişləri Bankın filial və şöbələri ilə bərabər, Banka gəlmədən www.kapitalbank.az internet saytı vasitəsilə online rejimdə də həyata keçirmək mümkündür.

Müştərilər bu sərfəli krediti Kapital Bankın filiallarında həftəiçi hər gün saat 9:00-dan 17:00-a qədər, şənbə günləri isə 10:00-dan 14:00-a qədər ala bilərlər. Əlavə olaraq, digər banklarda aktiv öhdəliyi olan müştərilərə də kredit verilir.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank 89 filialı və 11 şöbəsi ilə hər zaman müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 nömrəli Sorğu Mərkəzinə və Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Muğanbankdan “Qadınlara sevinc bəxş edək” bayram kampaniyası

mb1“Muğanbank” ASC 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə xanımlara pulsuz “Visa Gold” və “MasterCard Gold” kartı təklif edir. Belə ki, martın 1-dən 12-dək hər bir xanım şəxsiyyət vəsiqəsi ilə bankın istənilən filial və ya şöbəsinə yaxınlaşaraq pulsuz “Visa Gold” və “MasterCard Gold” kartı əldə edə bilər.
Xatırladaq ki, ”Visa” və “MasterCard” plastik kartları dünyanın istənilən nöqtəsində alış-veriş zamanı mal və xidmətlərin dəyərini ödəmək və nağd pul çıxarmaq üçün gözəl vasitədir. ”Visa” və “MasterCard” plastik kartı vasitəsilə kart sahibi səyahət zamanı otellərdə nömrə, təyyarə bileti bron etmək, avtomobil icarəyə götürmək və bu kimi digər imkanlar əldə edir.Əlavə olaraq qeyd etmək istərdik ki, Muğanbank bayram günlərində hədiyyə seçimində çətinlik çəkən şəxslərə isə “Visa Gift” hədiyyə kartını təqdim edir. Hədiyyə kartlarını yalnız Muğanbank filiallarından deyil həm də müxtəlif ticarət mərkəzlərindən və marketlərdən (Neptun, Fresco, Səbət) heç bir sənəd təqdim etmədən əldə etmək mümkündür. “Visa Gift” hədiyyə kartları bayramlarda, ad günlərində, digər əlamətdar günlərdə hədiyyə seçməkdə çətinlik çəkən və ya buna vaxtı olmayan şəxslər üçün ən optimal variantdır. Bu hədiyyə kartı həm ölkə daxilində, həm də ölkədən kənarda mal və xidmətlərin haqqının nağdsız ödənilməsi üçün nəzərdə tutulmuşdur.

Azərbaycan maliyyə-bank sektorunun tanınmış qurumlarından biri olan “Muğanbank” ASC 1992-ci ildə fəaliyyətə başlamışdır. Hal-hazırda Bankın ölkə ərazisində 31 filialı və 6 şöbəsi, həmçinin Moskva şəhərindəki nümayəndəliyi müştərilərə hər növ bank məhsulları üzrə keyfiyyətli xidmət göstərir. “Muğanbank” ASC ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Beynəlxalq Maliyyə Korporasiyası (IFC), ABŞ-ın WorldBusiness Capital (WBC) investisiya fondu, Xarici Özəl İnvestisiyalar Korporasiyası (OPIC), Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD) kimi beynəlxalq iqtisadi qurumlarla əməkdaşlıq edir. Muğanbankın xidmət və məhsulları haqqında ətraflı məlumat almaq üçün “933” Məlumat Mərkəzinə zəng edə və ya https://www.facebook.com/pages/Muganbank/106864156005722?ref=hl facebook səhifəsinə keçid ala bilərsiniz.

Bank Respublika “Xanımlara faydalı” aksiyasına start verir

respuBeynəlxalq Qadınlar Günü münasibətilə Bank Respublika “Xanımlara faydalı” aksiyasını keçirir. Aksiya çərçivəsində 1-31 mart tarixində xanımlar MasterCard Standard kartını pulsuz və ilkin mədaxilsiz ala biləcəkər.Plastik kartları həmçinin Bankın rəsmi saytında www.bankrespublika.az sifariş etmək mümkündür.
Bank Respublika-nın plastik kartları ölkədaxili və xarici səfərlərdə pul vəsaitlərinə nəzarət etmənin etibarlı və əlverişli üsuludur.Plastik kartlarla iş üçün Bank Respublika geniş çeşiddə onlayn xidmətlərini də təklif edir: bankim.az  saytında İnternet Şöbəsi, Mobil Bank xidməti, Cash-in funksiyalı ATM-lər daxil olmaqla geniş bankomatlar şəbəkəsi

“Bank Standard” SmartCard Gold kartını xanımlara hədiyyə edir!

stan“Bank Standard” 8 mart bayramı münasibətilə xanımları təbrik edir və yenidən onlar üçün aksiyaya start verir. Aksiya mart ayının 1-19 tarixləri arası bankın bütün filiallarında keçiriləcək. Aksiya çərçivəsində xanmlara kredit xəttinin maksimal məbləği 1000 AZN/USD/EUR-dək olan 12 ay müddətinə SmartCard Gold plastik kartı hədiyyə olunacaq. Bunun üçün sadəcə iş yerindən arayış təqdim etmək kifayətdir.
“Bank Standard” bankda hesabı olan xanm müştərilərə isə kredit xəttinin maksimal məbləği 1000 AZN/USD/EUR-dək olan 36 ay müddətinə MasterCard Gold plastik kartını hədiyyə edəcək.Ötən il aksiya çərçivəsində hədiyyə qazanan xanım müştərilərin isə kredit xətti 50%-dək artırılacaq.Daha ətraflı məlumatı https://bankstandard.com/az/rəsmi saytımızdan və ya 158 Məlumat Mərkəzinə zəng vurmaqla əldə edə bilərsiniz

Expressbank-dan “8+8″ kampaniyası

ebbbbBudur, artıq xanımların sevimli mart ayı ölkəmizə qədəm qoydu. Gözəl, bahar təravətli xanımların bayram əhval-ruhiyyəsinə bir az da bayram qatmaq üçün Expressbank öz töhfəsini təqdim edir.8 mart Beynəlxalq Qadınlar Günü münasibətilə xanımlar üçün 19 mart 2014-cü il tarixinədək “8+8″ kampaniyası davam edəcək. Əziz xanımlar, fürsətdən istifadə edib illik cəmi 8% dərəcəsi + 8% komissiya ilə Asan kredit əldə edin!Əlavə məlumat üçün 132 Məlumat Mərkəzinə zəng edə bilərsiniz.

Expressbank – İşiniz rahat getsin!

Xanımların bu il 1 yox, 2 yox, düz 3 gün bayramları olacaq.

unibankUnibank xanımları Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edir və bu həftə xanımlar üçün bayram günlərini elan edir.Bu həftəsonu Albalı ilə möhtəşəm ŞOPPİNQ FESTİVALINA qatılın!Əziz xanımlar və xanımları təbrik etmək istəyən kişilər Albalı ilə həftəsonu (Martın 7, 8 və 9-u) istədiyinizi alın və əlavə 6% taksit əldə edin.

İlk bayram sevinciniz Unibank-dan olsun!

Albalı kart – çox-çox sərfəli kart!
Unibank – hər kəsin bankı!

“UNI Bank”-dan 8 MART KREDİTİ

8martnewUnibank 8 mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə möhtəşəm kredit kampaniyasına başlayır. Martın 7-si və 8-də bank filiallarından kredit götürən hər  kəsə, komissiyada  50% endirim ediləcək.  Kampaniya həm xanımlar, həm də xanımları təbrik etmək istəyən kişilər üçündür. Üstəlik,  kredit götürən bütün müştərilərə kreditlər 6 %-dək endirimlə veriləcək.

Kreditin maksimal məbləği 7500 AZN / 9600 USD
Kreditin minimal məbləği 300 AZN / 370 USD
Müddət 48 aya qədər
Kredit üzrə komissiya 12 ayadək olan kreditlər üzrə  kredit məbləğinin – 2%, min. 10 AZN/USD12 aydan yuxarı olan kreditlər üzrə kredit məbləğinin – 3%, min. 10 AZN/USDVəsaitin nağd çıxarılmasına/köçürülməsinə görə komissiya – 1%.
Qeydiyyat Bakı qeydiyyatı mütləq deyil
Ödəmə forması annuitet (hər ay bərabər hissələrlə)
Faiz dərəcəsi 26 %- 36 %
Kreditlər üzrə FİFD
(Faktiki illik faiz dərəcəsi)
min 20.74 % – max  38.08 %
Yaş həddi minimum yaş həddi 20 yaş. Kreditin qurtarma müddətinə yaş həddi 70-dən çox olmamalı

Tələb olunan sənədlər:
şəxsiyyət vəsiqəsi və iş yerindən arayış (iş yerindən əmək haqqı arayışı, təqaüd haqqında arayış, rəsmi təsdiqlə əmək haqqı kartı hesabından son 6 ayın çıxarışı)

“Bank of Baku”-dan xanımlara 8 mart hədiyyəsi: tam komissiyasız kredit!

banner-5

“Bank of Baku” qarşıdan gələn 8 Mart Beynəlxalq Qadınlar Günü ilə əlaqədar Azərbaycan xanımları üçün Komissiyasız Nağd Pul Krediti günləri elan edir. Yalnız iki gün, 7 və 8 mart 2014-cü il tarixlərində “Bank of Baku”-da nağd pul krediti rəsmiləşdirən hər xanım komissiya ödənişindən tam azad edilir.

Komissiyasız kredit rəsmiləşdirmək üçün cəmi iki sənəd tələb edilir:şəxsiyyət vəsiqəsi və iş yerindən arayış (və ya gəlirləri təsdiq edən digər sənədlər).

Kreditin maksimal həddi 15.000 manatdır.

Komissiyasız kredit rəsmiləşdirmək üçün “Bank of Baku”-nun ölkə boyunca yerləşən istənilən filialına müraciət oluna bilər.

Daha ətraflı məlumat üçün: 145 nömrəli Məlumat Mərkəzi və yawww.facebook.com/bankofbaku


bolkart logo jpeg

“Bank of Baku” 8 Mart Beynəlxalq Qadınlar Günü ilə əlaqədar  Bolkart sahibləri üçün “Xanımlara müjdə” kampaniyası elan edir. Yanız bir gün, 8 mart tarixində Bolkart sahibləri kartları ilə hər hansı məhsulu alıb, onun dəyərini 8 ay ərzində bərabər hissələrlə ödəmək imkanı qazanır.Beləliklə, Bolkart sahibi yalnız 3 və ya 6 aylıq ödənişli mağazada 8 mart tarixində alış-veriş edəcəyi təqdirdə, malın dəyərini 8 aya bölüb daha rahat ödəyəcək. Bu kampaniya yalnız parfüm, geyim, ayaqqabı, aksesuarmağazaları üçün keçərlidir.

Bolkartın keçərli olduğu mağaza və ticarət mərkəzlərinin siyahısı burada:http://www.bolkart.az/?/az/stores/

Hazırda 200.000-dən çox Azərbaycan vətəndaşı Bolkartdan gündəlik istifadə edir.

Bolkartın onlayn sifarişi: http://bolkart.az/#openorder 

Ətraflı məlumat: www.facebook.com/Bolkart

Bank Respublika “Xanımlara faydalı” aksiyasına start verir

bank_respublika_aksiya_270214Beynəlxalq Qadınlar Günü münasibətilə Bank Respublika “Xanımlara faydalı” aksiyasını keçirir. Aksiya çərçivəsində 1-31 mart tarixində xanımlar MasterCard Standard kartını pulsuz və ilkin mədaxilsiz ala biləcəklər.Plastik kartları həmçinin Bankın rəsmi saytında www.bankrespublika.az sifariş etmək mümkündür.Bank Respublika-nın plastik kartları ölkədaxili və xarici səfərlərdə pul vəsaitlərinə nəzarət etmənin etibarlı və əlverişli üsuludur. Plastik kartlarla iş üçün Bank Respublika geniş çeşiddə onlayn xidmətlərini də təklif edir: www.bankim.az saytında İnternet Şöbəsi, Mobil Bank xidməti, Cash-in funksiyalı ATM-lər daxil olmaqla geniş bankomatlar şəbəkəsi

4 f“FINCA Azerbaijan” 8 Mart Beynəlxalq Qadınlar günü münasibəti ilə endirim aksiyasına başlayır. Martın 3-dən 14-ə kimi FINCA-dan kredit götürən bütün xanımlara 4%-ə qədər endirim.
Kimlər endirim ala bilər: bütün qadın müştərilər. Kampaniya müddəti: 3 – 14 Mart, 2014FINCA-dan 1-ci dəfə kredit götürən qadın müştərilər üçün endirim: 2%
FINCA-dan 2-ci, 3-cü və ya 4-cü dəfə kredit götürən qadın müştərilər üçün endirim: 3%
FINCA-dan 5-ci və ya daha çox kredit götürən qadın müştərilər üçün endirim: 4%
Ətraflı məlumat üçün: *2525

www.taraz.az




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir