Search
hezz iyun

“Həzz Kart” -dan istifadəçilərinə xoş xəbər!

AGBank növbəti dəfə bayram hədiyyələri ilə istifadəçilərini sevindirməyə tələsir. Bu Ramazanda bayram hədiyyəsi “Həzz Kart” sahiblərinin payına düşdü. Belə ki, AGBank Azərbaycan xalqını bayram münasibəti ilə təbrik edərək iyul ayının 25-dən 29-dək “Həzz Kart” ilə 300 manatadək nağdlaşdırma əməliyyatlarını mümkün edir. Bu isə o deməkdir ki, 5 günlük kampaniya çərçivəsində “Həzz Kart”-dan yalnız alış-veriş zamanı deyil, nağd pul ehtiyacınızı ödəmək üçün də istifadə edə biləcəksiniz.

Nağlaşdırmanın komissiya haqqı 5% təşkil edir.

Bundan əlavə “Həzz Kart” ilə nağdlaşdırma əməliyyatlarını həyata keçirərkən “Uduşlu kupon” qazanmaq şansınız da var. Belə ki, AGBank – ın bankomatlarına 500 və 200 manatlıq kuponlar yerləşdirilir. Azərbaycanda və bütün dünyada istənilən bankın plastik kart istifadəçisi AGBank-a məxsus olan bankomatlardan (ATM) manatla nağd pul çıxararkən, çıxarılan pul əskinaslarının arasında “Uduşlu kupon”-u əldə edə bilər. Bu səbəbdəndir ki, digər bank istifadəçiləri də, nağd pul çıxararkən AGBank –ın bankomatlarına üstünlük verirlər.

“Həzz Kart” – AGBank tərəfindən pulsuz təqdim olunur. Bu kart vasitəsi ilə alınan mal və ya xidmətlərin dəyəri müvafiq aylara (1,3,6,12,18 və 24 ay) bölünür və hissələrlə faizsiz ödənilir. “Həzz Kart” bankın tərəfdaşları olan bütün mağaza və ticarət mərkəzlərində quraşdırılan POS-terminallar vasitəsi ilə istifadə oluna bilər.

Həzz Kart-ın tərəfdaşlar siyahısı ilə aşağıdakı linkə keçərək tanış ola bilərsiniz: http://www.agbank.az/index.php?/az/content/465/

Onu da qeyd edək ki, bankın müvafiq tərəfdaş şəbəkəsi daxilində kartla aparılan hər bir əməliyyatın müəyyən faizi xüsusi  hesaba bonus şəklində yığılır. Hesablanmış bonuslardan bankın tərəfdaş şəbəkəsi daxilində istifadə etmək mümkündür.

Əlavə məlumat üçün AGBank-ın “135” Məlumat Mərkəzi həftənin 7 günü 24 saat müştərilərin ixtiyarındadır.

 

Qoy bayramda eviniz bərəkətlə, könlünüz sevinclə dolsun!

“Həzz Kart” ilə bayramdan zövq alın!

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir