Search
IMG_6617-widget_gk_nsp-27

“Muğanbank” İsmayıllı rayonunda yaşıllaşdırma aksiyasında iştirak etmişdir

İsmayıllı Şəhər İcra Hakimiyyətinin təşəbbüsü və “Muğanbank”ın iştirakı ilə bu rayonda ağacəkmə aksiyası keçirilmişdir.
Bankdan AzərTAc-a bildirmişlər ki, aksiyada bankın əməkdaşları yaxından iştirak etmişlər. Aksiya zamanı 800 kvadratmetr sahə hasara alınaraq 80 ədəd şam və akasiya ağacları əkilmişdir.
Xeyli sayda ağacın əkildiyi ərazi bundan sonra “Muğanbank” ASC-nin daimi nəzarətində olacaqdır. Həmin ərazidə əkilmiş və gələcəkdə sayı artırılacaq ağaclara qulluq edilməsi və müvafiq iməcilik işləri bank tərəfindən həyata keçiriləcəkdir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir