Search
finca_kredit

“FINCA Azerbaijan” “Hədiyyəli kredit” stimullaşdırıcı lotoreyasının II tirajının qaliblərini müəyyənləşdirdi

“FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı müştəriləri üçün icra etdiyi “Hədiyyəli Kredit” stimullaşdırıcı lotereyası çərçivəsində II tirajını 10 Sentyabr 2014-cü il tarixində həyata keçirdi.

II tirajın qalibləri 07 avqust – 05 sentyabr tarixlərində məbləğindən asılı olmayaraq FINCA Azerbaijan-dan kredit götürmüş müştərilərin arasından xüsusi hazırlanmış proqram vasitəsilə seçilmişdir.

Ümumilikdə, 07 iyul – 05 sentyabr tarixlərini əhatə edən “Hədiyyəli Kredit” stimullaşdırıcı lotereyası çərçivəsində uduş fonduna daxil olan 256 ədəd müxtəlif hədiyyə oynanılmışdı.

Stimullaşdırıcı lotereyanın II tirajının nəticələri haqqında ətraflı məlumatla təşkilatın internet ünvanı www.fincaazerbaijan.com saytına və bura daxil olmaqla tanış ola bilərsiniz.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir