Search
fft99_mf2130572

Hər bir səhm üzrə təxminən 2,5 dəfə artıq dəyərlə satış həyata keçirilib

SOCAR Türkiyə şirkəti “Petkim”də sahib olduğu hissə payından 2,75 %-ni blok satış üsulu ilə xarici investisiya fonduna satıb.

Bu bir ticarət əməliyyatı olmaqla, bir neçə il bundan əvvəl daha ucuz qiymətə alınmış hissə sənədlərinin – səhmlərin satışı prosesidir. İndi həyata keçirilmiş bu satış hər bir səhm üzrə təxminən 2,5 dəfə artıq dəyərlə satılaraq ciddi bir mənfəət əldə etməyə imkan yaradıb.

Bu satışdan əldə olunan vəsaitin digər investisiya məqsədləri üçün istifadə ediləcəyi planlaşdırılır. Bu satış “Petkim”in səhmlərinin nəzarət paketinin miqdarına təsir etmir və SOCAR bundan sonra da “Petkim”i effektiv idarə etməkdə davam edəcəkdir.

Xarici investisiya fondu tərəfindən “Petkim” səhmlərinin alınması bu müəssisənin yüksək iqtisadi cəlbediciliyini göstərir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir