Search
1465209568_bank_002

Qlobal banklarda “qan gölü”

Dünyanın ən böyük 20 bankının bazar dəyəri ilin əvvəlindən bu yana 465 milyard dollar düşüb.

Böyük banklar səhmlərinin dəyərdən düşməsi səbəbindən ilin əvvəlindən bu yana təxminən yarım trilyon dollar itirib.

2016-nın əvvəlindən bu yana dünyanın ən böyük 20 bankının ümumi bazar dəyəri 25 faiz düşüb. “Factset”in məlumatlarına görə, ümumi itki 465 milyard dollar səviyyəsindədir.

Xüsusilə Brexit-in təsirilə başda Avropa bankları birjada sərt itkilər yaşamışdır. Ancaq “Wall Street Journal”ın xəbərinə görə, yeganə günahkar Brexit deyil. Çin iqtisadiyyatı, ABŞ faizlərinin gedişi, neft qiymətləri kimi bazarlara təzyiq edən bir sıra amilin təsiri ilə bankların səhmlərinin dəyərdən düşməsi ilin əvvəlindən bu yana davam edirdi.

İtaliyanın Unicredit bankı bu il ən böyük itkini verərək bazar dəyərinin təxminən üçdə ikisini itirib. Royal Bank of Scotland 56 faiz düşərkən, Credit Suisse, Deutsche Bank və Barclays yarı yarıya enib.

Ən az dəyərdən düşən banklar isə, yalnız 10 faiz dəyər itirən J.P. Morgan Chase və Industrial and Industrial and Commercial Bank of China (ICBC) olub.

ÜFÜQDƏ DAHA DƏRİN PROBLEM GÖRÜNÜR

WSJ-nin xəbərinə görə, ən mühüm problemlərdən biri bankların kapitallarında görülə bilər. Səhm qiymətlərində baş verən kəskin azalmaların, banklara lazım olan kapital artırmalarını daha çətin və bahalı hala gətirəcəyi gözlənilir.

Marja




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir