Search
1

“Azərikimya” İB-də Milli Qurtuluş günü münasibətilə tədbir keçirilib

«Azərikimya» İstehsalat Birliyində 15 iyun- Azərbaycan xalqının Milli Qurtuluş gününə həsr olunmuş tədbir keçirilmişdir. Kimyaçılar öncə Ümummilli lider Heydər Əliyevin Sumqayıtdakı möhtəşəm abidəsini ziyarət etmiş, önünə güllər düzmüşlər. Birliyin akt zalında davam etdirilən tədbirdə çıxış edənlər 15 iyun 1993-cü ildə Ulu öndər Heydər Əliyevin yenidən Azərbaycan rəhbərliyinə qayıdışını xalqımızın, dövlətçiliyimizin sonrakı taleyində həlledici mərhələnin başlanğıcı kimi qiymətləndirmiş, bildirmişlər ki, bu gün tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuşdur. Qeyd edilmişdir ki, Ümummili lider Heydər Əliyevin hakimiyyətə gəlişi ilə ölkədə ictimai-siyasi sabitliyin təmin edilməsi istiqamətində əhəmiyyətli addımlar atılmış, iqtisadi tənəzzülə son qoyulmuş, hüququn aliliyinə əsaslanan idarəetmə sistemi yaradılmışdır. Ulu öndər Heydər Əliyevin neft-kimya sənayesinə göstərdiyi xüsusi diqqətdən danışan natiqlər 1994-cü il sentyabrın 20-də «Əsrin müqaviləsi»nin imzalanması ilə Azərbaycanın iqtisadi cəhətdən qüdrətli bir dövlətə çevrilməsi üçün zəmin yarandığını söyləmiş, Sumqayıtın və kimya sənayesinin inkişaf və tərəqqisinin bilavasitə Ulu öndərin adı ilə bağlı olduğunu vurğulamışlar. 7

«Azərikimya» İstehsalat Birliyinin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayev tədbirdə çıxış edərək, Azərbaycan dövlətinin tərəqqisi və qüdrətlənməsi, iqtisadi uğurların qazanılması, ölkəmizin dünya dövlətləri sırasında layiqli yer tutması istiqamətində yorulmadan çalışan möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında xalqımızın sabaha böyük inamla irəlilədiyini söyləmişdir. O, əminliklə bildirmişdir ki, Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi daxili və xarici siyasət xəttinin ölkə başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycanı daha qüdrətli bir ölkəyə çevirəcək və beynəlxalq aləmdə onun mövqeyini daha da möhkəmləndirəcəkdir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir